Tıxacı yaradan Cavanşir körpüsü SÖKÜLÜR? – Rəsmi AÇIQLAMA 

Tıxacı yaradan Cavanşir körpüsü SÖKÜLÜR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Tıxacı yaradan Cavanşir körpüsü SÖKÜLÜR? – Rəsmi AÇIQLAMA 

102428

Xətai rayonu ərazisində sürücülər yollarda yaranan gündəlik tıxacdan şikayət edir.

Bu barədə Bizim.Media-ya müraciət edən bir neçə sürücü hər gün eyni mənzərə ilə qarşılaşdıqlarından gilyləniblər.

Dediklərinə görə Afiyəddin Cəlilov və Yusif Səfərov kücələrinin kəsişməsində günün istənilən saatında hərəkət dayanır. Cavanşir körpüsünün qarşısında hər gün sıxlıq müşahid olunur. Yol ayrıcında tıxac yarandığı üçün sürücülər saatlarla hərəkət edə bilmir.

Afiyyəddin Cəlilova paralel küçələrdən də Yusif Səfərov küçəsinə çıxmaq mümkün olmur. Digər köməkçi yollar da keçilməz vəziyyətdə olur. 

Qeyd edək ki, bu günlərdə Cavanşir körpüsünün yaxınlığındakı 11 mərtəbəli bina söküldü və sakinləri köçürüldü. Binanın yerində Zəfər abidə kompleksinin tikiləcəyi ehtimal edilir. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə tıxacın aradan qaldırılması ilə bağlı həmin ərazidə yolun genişləndirilməsi, hətta Cavanşir körpüsünün söküləcəyi iddia olunur. 

Yol-nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə qeyd olunan ərazidə tıxacı aradan qaldırmaq üçün yolun genişləndirilməsinə ehtiyac var:

“Orada tıxaca səbəb avtomobillərin saxlanılaraq Yusif Səfərov küçəsinə güc verilməsidir. Amma səhv etmirəmsə Yusif Səfərov küçəsində, Xətai metrostansiyasının yaxınlığındakı yolun genişləndirilməsi, yaşıllıqların köçürülməsi ilə bağlı ideyalar var. Yəqin ki, bunu mütəxəssislər hələ araşdırmalıdır. Yusif Səfərovla kəsişən Afiyyədin Cəlilov, Xalid Orucov, Mehdi Mehdizadə küçələri, eləcə də Xocalı prospektinin problemi ondan ibarətdir ki, pik saatlarda bu küçələr bağlanır.

Yol polisi bu küçələri bağlayır ki, Yusif Səfərovda hərəkət rahat olsun və tıxac yaranmasın. Çünki bu küçəni əsas yol kimi sayırlar. Tıxacın olmaması üçün perpendikulyar küçələr bağlanır. O problemi həll etmək üçün Yusf Səfərovun gedib çıxdığı Heydər Əliyev prospektinin də genişləndiriməsinə ehtiyac var ki, bu zolaqlar daralmasın.  
 

Burada yol genişəndirilsə, Afiyyədin Cəlilov və Xalid Orucov küçələrində nə tıxac yaranacaq, nə də o yollar bağlanacaq. Bir sözlə Yusif Səfərovun genişləndirilməsi haqda düşünmək lazımdır. 


Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə yaratdıq. Qurumun rəsmisi Anar Nəcəfli saytımıza açıqlamasında sözügedən ərazi ilə bağlı hər hansı layihə nəzərdə tutulmadığını deyib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO