"Bavariya"dan yeni REKORD 

Hazırda oxunan: "Bavariya"dan yeni REKORD 

102397

Almaniyanın "Bavariya" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. 

Bizim.Media xəbər verir ki, Münhen təmsilçisi buna VI turda İtaliya "İnter"ini 2:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub. 

Ölkə çempionu qitənin bir nömrəli klub turnirində 3 mövsümdə qrup mərhələsinin bütün oyunlarında qələbə qazanan yeganə komanda adına sahib çıxıb. 
"Bavariya" 2019/2020 və 2021/2022 mövsümlərində də eyni uğura imza atıb. 

19992/1993 mövsümündə İtaliyanın "Milan", 1994/1995 mövsümündə Fransanın PSJ, 1995/1996 mövsümündə Rusiyanın "Spartak" (Moskva), 2002/2003 mövsümündə İspaniyanın "Barselona", 2011/2012 və 2014/2015 mövsümlərində "Real Madrid", 2021/2022 mövsümündə isə İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" komandaları qrupdakı bütün qarşılaşmalarında qalib gəliblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO