SOCAR istiqrazlarının 4-cü kupon ödənişi edilib - 1 milyon 125 min dollar 

SOCAR istiqrazlarının 4-cü kupon ödənişi edilib - 1 milyon 125 min dollar 

Hazırda oxunan: SOCAR istiqrazlarının 4-cü kupon ödənişi edilib - 1 milyon 125 min dollar 

102350

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının 4-cü kupon ödənişi edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “SOCAR Capital” şirkətindən məlumat verilib. 

Bildirilib ki, 100 milyon ABŞ dolları həcmində emissiya edilən, 400 milyon ABŞ dollarına yaxın tələb görən 2-ci SOCAR istiqrazlarının sayca 4-cü kupon ödənişi 1 noyabr tarixində baş tutub və növbəti dəfə sahiblərinə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb. 

Məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % olan və kupon gəlirləri üç aylıq qrafiklərlə ödənilən 2-ci SOCAR istiqrazlarının 1,125 milyon ABŞ dolları məbləğində rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb. 
SOCAR İstiqrazlarının sahibləri REPO əməliyyatı vasitəsilə uyğun şərtlərlə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15 %-lə manat kreditləri cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5 %-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9–10 %-dək enmiş olur. 

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin 1 fevral tarixində baş tutacaq, 5 illik müdddətin sonunda investorlara ümumilikdə 22,5 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO