İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - VİDEO

İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - VİDEO

Hazırda oxunan: İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - VİDEO

102330

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir.  

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.  

Bundan əlavə BMT-nin baş katibi, Afrika İttifaqının sədri və İslam Əməkdaşlıq Təşkilatının baş katibi də Ərəb Liqasının sammitində fəxri qonaq qismində iştirak edirlər. 

Qeyd edək ki, Azərbaycanın ərəb və islam dünyası ilə tarixi və ənənəvi əlaqələri var. Bakı Yaxın Şərqin ərəb ölkələri ilə yanaşı, Afrikanın ərəb ölkələri ilə də əlaqələrini inkişaf etdirir. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO