Siyəzəndə məktəb direktoru özünü doğradı – ÖZƏL 

Siyəzəndə məktəb direktoru özünü doğradı – ÖZƏL 

Hazırda oxunan: Siyəzəndə məktəb direktoru özünü doğradı – ÖZƏL 

102260

Siyəzən rayonunun Beşdam kənd məktəbinin direktoru özünə xəsarət yetirib və o səhər saatlarında Siyəzən Müalicə- Dioqnostika Mərkəzinə çatdırılıb.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, Beşdam kənd sakini, 62 yaşlı Sərvət Qəribağa oğlu Əlizadə bu səhər sol saidin aşağı 1/3 kəsilmiş yarası diaqnozu ilə mərkəzə gətirilib və ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Beşdam kənd məktəbinin direktoru Sərvət Əlizadənin hansı səbəbdən özünə xəsarət yetirməsi rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO