Sabah hava necə olacaq? - PROQNOZ 

Sabah hava necə olacaq? - PROQNOZ 

Hazırda oxunan: Sabah hava necə olacaq? - PROQNOZ 

102228

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Şimal küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO