İranın bir sıra dövlət xəbər agentlikləri etirazçı müğənni, reper Tomac Salehinin həbsi barədə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb.
Məlumatda onun "ölkənin qərb sərhədlərini qanunsuz olaraq tərk etməyə çalışdığı zaman" həbs edildiyini iddia edilir.
Bu iddialardan sonra Tomacın adına fəaliyyət göstərən "twitter" hesabında yayılan məlumatda və onun dayısının açıqlamasında reperin Çaharmahal və Bəxtiyari əyalətində həbs edildiyi, onun ölkəni tərk etməyə çalışdığı barədə rəsmi məlumatın yalan olduğu bildirilib.
Reperin həbsini İsfahan əyalətinin baş prokuroru da təsdiqləyib.
O, Tomac Salehinin İsfahan əyalətində, xüsusilə Şahinşəhərdə etirazların qızışdırılmasında və vətəndaşları iğtişaşlara təhrik etməkdə mühüm rol oynadığını iddia edib.
Bizim.Media
- A-
- A
- A+
Region
08:58 / 01.11.2022
İranda tanınmış reper HƏBS EDİLDİ – FOTO
Hazırda oxunan: İranda tanınmış reper HƏBS EDİLDİ – FOTO
Hazırda oxunan: İranda tanınmış reper HƏBS EDİLDİ – FOTO
102162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.