"Bu gün biz birgə bəyanatı razılaşdırdıq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşün yekunları barədə çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Putin arasında ikitərəfli görüş KEÇİRİLİR - VİDEO
"Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açığını demək lazımdır ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi", - Putin bildirib.
Rusiya Prezidenti üçtərəfli görüşün iki saatdan çox davam etdiyini bildirib.
"Əvvəlcə Ermənistanın nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə üz-üzə. Sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə danışdıq. Sonra iki, hətta, yəqin ki, bir az da çox üçtərəfli danışdıq”, - Rusiya lideri qeyd edib.
"Ümumi fikrimizcə, bu, çox faydalı görüş oldu", - Putin vurğulayıb.
Putin bildirib ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.
Qeyd edək ki, üçtərəfli görüş iki saatdan çox davam edib.
Bizim.Media