“Bakı İrəvanla münasibətləri normallaşdırmaq üçün 5 əsas prinsip irəli sürüb” – İlham Əliyev - VİDEO

“Bakı İrəvanla münasibətləri normallaşdırmaq üçün 5 əsas prinsip irəli sürüb” – İlham Əliyev - VİDEO

Hazırda oxunan: “Bakı İrəvanla münasibətləri normallaşdırmaq üçün 5 əsas prinsip irəli sürüb” – İlham Əliyev - VİDEO

102110

“Bakı İrəvanla münasibətləri normallaşdırmaq üçün 5 əsas prinsip irəli sürüb. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”. 

Bizim.Media xəbər verir ki, bu  sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Soçidə keçirilən ikitərəfli görüş zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Putin arasında ikitərəfli görüş KEÇİRİLİR - VİDEO


Ölkə başçısı həmçinin Qarabağ məsələsinə toxunaraq onun artıq tarixə çevrildiyini vurğulayıb: 

"Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO