\

\"Qarabağ\" - \"Frayburq\" matçına 7 min bilet qaldı

Hazırda oxunan: \"Qarabağ\" - \"Frayburq\" matçına 7 min bilet qaldı

102065

UEFA Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Frayburq" oyununa cəmi 7000 bilet qalıb.

Bizim.Media Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

30, 31, 37 və 38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində (11:00-22:00). 

Qeyd edək ki, noyabrın 3-ü keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO