Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü – FOTO/VİDEO

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü – FOTO/VİDEO

Hazırda oxunan: Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü – FOTO/VİDEO

102043

Oktyabrın 31-i səhər saatlarında Moldovanın şimalındakı Oknitsk rayonunun Naslavça kəndinə Rusiya raketi düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurum qeyd edib ki, raket Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və Ukrayna ilə sərhəddə yerləşən Naslavça kəndinin kənarına düşüb.

Mənbə itkinin olmadığını, lakin bir neçə evin şüşələrinin sındığını bildirib.

"Daxili İşlər Nazirliyinin qüvvələri mümkün təhlükələrin qarşısını almaq üçün raketin düşdüyü ərazini mühasirəyə alıb, yerində sənədləşmə qrupu işləyir", - məlumatda deyilir.

NordNews portalı saytda müşahidə kamerası tərəfindən lentə alınan videonu dərc edib. Jurnalistlərin sözlərinə görə, Rusiya raketinin düşmə anı lentə alınıb.

Bizim.Media
 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO