Ermənistan sülhməramlılarla bağlı niyə canfəşanlıq edir? - VİDEO

Ermənistan sülhməramlılarla bağlı niyə canfəşanlıq edir? - VİDEO

Hazırda oxunan: Ermənistan sülhməramlılarla bağlı niyə canfəşanlıq edir? - VİDEO

101932

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmasını arzulayır.

Bizim.Media xəbər verir ki, o, belə bir təklifin Rusiya prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.

Politoloq Zaur Məmmədov deyib ki, bu,  Nikol Paşinyanın növbəti sərsəm təkliflərindən biridir. Sülhməramlıların mandatının uzadılmasına Paşinyan qərar verə bilməz, Qarabağ Azərbaycan ərazisidir.
O deyib ki, Paşinyanın belə bir təkliflə çıxış etməsi onun necə sürüşkən və etibarsız danışıqların tərəfi olduğunun göstəricisidir.

Politoloq bildirib ki, sülhməramlılarla bağlı məsələdə son günlər  Qarabağdakı ermənilər və eyni zamanda Ermənistan hökuməti ciddi şəkildə canfəşanlıq edirlər.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağda atəşkəs razılaşmasının icrasını yoxlamaq üçün göndərilib.

Ətraflı Xəzər TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO