Türkiyəli səyahətçilərin Laçına səfəri başladı - FOTO

Türkiyəli səyahətçilərin Laçına səfəri başladı - FOTO

Hazırda oxunan: Türkiyəli səyahətçilərin Laçına səfəri başladı - FOTO

101909

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü Laçına şəhərinə səfər edib.

Bizim.Media xəbər verir ki, səyyahlar Laçınla yaxından tanış olublar.

Qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Bildirilib ki Laçın şəhəri gözəl füsunkar təbiətə malikdir, düşmən 30 il ərazində buranı talan edib. Səyyarlar Laçın şəhərində erməni vəhşiliyini öz gözləri ilə görüblər.

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərdə olublar. Hazırda sayca beşini olan bu səfərlərdə, (2021-ci ildə bu qəbildən olan 1, 2022-ci ildə 4 səfər təşkil edilib) ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

Xatırladaq ki, ötən gündən etibarən Türkiyə Gəzginlər Klubunun 30 nəfərlik səyahətçilər heyəti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Heyətə Klubun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir. Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin) - Bakı marşrutu üzrə hərəkət edəcəklər. Sonda Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Bakıda təəssüratlarına dair brifinq keçirməyi planlaşdırır. Apa.az-ın məlumatına görə, ötən gün Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü Şuşa və Ağdamdan olublar. Sabah isə Zəngilanın Ağalı kəndində olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO