Korotçenkodan Sahibə Qafarovanın ermənilərə cavabına reaksiya - VİDEO

Korotçenkodan Sahibə Qafarovanın ermənilərə cavabına reaksiya - VİDEO

Hazırda oxunan: Korotçenkodan Sahibə Qafarovanın ermənilərə cavabına reaksiya - VİDEO

101885

“Milli Məclisin sədri Sahibə Qafarovanın Simonyana cavabı güclü və dəqiqdir. Bu, təcavüzkara cavab zərbəsi kimidir”.

Bizim.Media xəbər verir ki, bu fikri rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyana cavabını şərh edərkən səsləndirib.

Milli Məclisin sədrinin çıxışını özünün sosial şəbəkələrdəki səhifələrində paylaşan İ. Korotçenko yazıb ki, Sahibə Qafarovanın cavabı "güclü və dəqiqdir". 

Xatırladaq ki, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova iclasda ikinci dəfə söz alaraq, Ermənistan parlamentinin spikerinə cavab verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO