"Zirə" - "Neftçi" oyununda VAR problemi 

Hazırda oxunan: "Zirə" - "Neftçi" oyununda VAR problemi 

101826

Misli Premyer Liqasının XII turunda “Zirə” öz meydanında “Neftçi”ni qəbul edir.

Bizim.Media xəbər verir ki, hazırda stadionda VAR sistemi ilə bağlı problem var. Problem Zirə Olimpiya İdman Kompleksindən deyil, siqnalın ötürülməsindən qaynaqlanır.

Problemi hələ ki yoluna qoymaq mümkün olmadığından matçın gedişində baş hakim Əliyar Ağayev VAR sistemindən yararlana bilməyəcək. Bu səbəbdən də FİFA referisi qarşılaşmadan əvvəl hər iki klubun baş məşqçisini bununla bağlı məlumatlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO