Rusiya qazı Avropaya Türkiyə vasitəsilə ixrac ediləcək

Rusiya qazı Avropaya Türkiyə vasitəsilə ixrac ediləcək

Hazırda oxunan: Rusiya qazı Avropaya Türkiyə vasitəsilə ixrac ediləcək

101705

“Rusiya ilə apardığımız danışıqlar nəticəsində bu ölkədən təbii qazın “Türk axını” qaz kəməri ilə Avropaya paylanmasını təmin edəcəyik”.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.

Ərdoğan hakim partiya üzvləri qarşısında çıxışı zamanı ölkənin enerji sahəsində uğurlarına da toxunaraq, Türkiyənin Qara dənizdə 540 milyard kubmetr qaz ehtiyatı olan yataq kəşf etdiyini bildirib.
Ərdoğan həmçinin tezliklə İstanbulda kanalın tikintisi ilə bağlı işlərə başnılacağını və bu layihə sayəsində İstanbul boğazını təhdid edən ekoloji təhlükələrin aradan qalxacağını da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO