Aytəkin Alxaslının 35 illlik jurnalist fəaliyyəti SÜRPRİZ şəkildə QEYD EDİLDİ – FOTO 

Aytəkin Alxaslının 35 illlik jurnalist fəaliyyəti SÜRPRİZ şəkildə QEYD EDİLDİ – FOTO 

Hazırda oxunan: Aytəkin Alxaslının 35 illlik jurnalist fəaliyyəti SÜRPRİZ şəkildə QEYD EDİLDİ – FOTO 

101661

Bu gün Qubanın Amsar kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11 saylı xüsusi təyinatlı yol istismar MMC-nin asfalt-beton zavodunun açılışı olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılış mərasiminə Quba İH-nin rəsmiləri, DTX-nin Quba rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən yol istismar idarəsinin işçiləri qatılıb.

Öncə Azərbaycanın Dövlət himni səsləndirilib. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə sürpriz yaşanıb. Mərasimdə iştirak edən Quba İH-nin başçısı Ziyəddin Əliyev Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslını jurnalist fəaliyyətinin 35 iliyi münasibətilə təbrik edib. Z.Əliyev jurnalisti Quba İH-nin Fəxri fərmanı və hədiyyə ilə mükafatlandırıb.

Aytəkin Alxaslı isə öz növbəsində Quba İH başçısı Z.Əliyevə onun təklifi ilə Həsən bəy Zərdabinin rayonun Zərdabi qəsəbəsində büstünün və Quba şəhərində Media şəhidləri parkının inşasına görə təşəkkürlərini çatdırıb. 
Daha sonra tədbirdə çıxış edən Z.Əliyev son 5 ildə rayonda yol təsərrüfatı sahəsində böyük işlər görüldüyünü deyib. O bildirib ki, 4 il yarımda Qubada 4 milyon kvadratmetr yol işləri görülüb. 

Bildirilib ki, yeni asfalt-zavod Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin sədri Saleh Məmmədovun göstərişi ilə inşa edilib və o, zavoda 5 xüsusi texnika göndərib:

"Bu asfalt-beton zavod saatda 48 ton asfalt istehsal edəcək".

Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Ördüc kənd sakini bütün sahələrdə rayonda yol sahəsində görülən işləri yüksək qiymətləndiriblər. 

Ucqar kəndin sakini çıxışında bildirib ki, ördüclülər uzun illərdir yol sarıdan çox əziyyət çəkirdilər, bu dağ kəndinin yollarına çınqıl döşənib və artıq gediş-gəliş rahatlaşıb.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO