Elton Məmmədovdan İsa Həbibbəylinin AMEA-ya prezident seçilməsinə MÜNASİBƏT - ÖZƏL

Elton Məmmədovdan İsa Həbibbəylinin AMEA-ya prezident seçilməsinə MÜNASİBƏT - ÖZƏL

Hazırda oxunan: Elton Məmmədovdan İsa Həbibbəylinin AMEA-ya prezident seçilməsinə MÜNASİBƏT - ÖZƏL

101425

Xəbər verildiyi kimi Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli AMEA-nın sayca 13-cü prezidenti seçilib. AMEA-nın toplantısından sonra mediaya açıqlama verən akademiyanın yeni rəhbəri hədəflərini də açıqlayıb. O, Azərbaycanda elmin inkişafına çalışacağına, Azırbaycan elminin dünyaya inteqrasiya olunacağına söz verib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən AMEA-nın İşlər idarəsinin müdiri, Texnika elmləri doktoru, professor Elton Məmmədov rəhbər kimi İsa Həbibbəylinin uğurlu olacağını düşünür:
 

MÖVZU İLƏ BAĞLI:

İsa Həbibbəyli AMEA prezidenti vəzifəsinə təsdiq edildi


“AMEA-da yeni dönəm başlayır. Hörmətli İsa Həbibbəyli AMEA-nın toplantısından sonra öz ürək sözlərini çatdırdı və yeni islahatların aparılması, Akademiyanın nüfuzunun bərpa olunması, struktur və kadr dəyişikliyi haqqında bəyanat verdi. Mən də hesab edirəm ki, aidiyyəti üzrə Akademiyanın səlahiyyətləri və nizamnaməsi çərçivəsində, yeni addımlar atılacaq, tədbirlər görüləcək. Akademiyaya aid olan bütün məsələlərə səslənərək, günün, zamanın tələblərinə uyğun olaraq bu sahədə müəyyən islahatlar aparılacaq və bu, mütləqdir. Arzu edirik ki, İsa Həbibbəylinin sözləri gerçəkliyə çevrilsin”.

Elton Məmmədov onu da əlavə edib ki, ziyalı kimi Azərbaycan elminin dünya elminə inteqrasiya olunmasını arzu edirik:

“Dünya elminin Azərbaycana, Azərbaycan elminin isə dünya elminə inteqrasiyası qaçılmazdır. Eyni zamanda bu gün zamanın tələblərinə uyğun həyata keçirilməlidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO