Azərbaycanlı bloger “Krasa Rossii 2022”nin qalibi ilə BİR ARADA - FOTO/VİDEO

Azərbaycanlı bloger “Krasa Rossii 2022”nin qalibi ilə BİR ARADA - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı bloger “Krasa Rossii 2022”nin qalibi ilə BİR ARADA - FOTO/VİDEO

101370

Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Soçidə “Krasa Rossii 2022” gözəllik müsabiqəsinin final mərhələsində iştirak edib.

Bizim.Media xəbər verir ki, sözügedən yarışmanın münsiflər heyətinin üzvlərindən biri olan bloger səhnəyə çıxaraq, qalibin adını açıqlayıb.

Üç saat davam edən gözəllik yarışmasının qalibi Nijni Novqoroddan olan 19 yaşlı Darya Lukonkina olub.

Darya bundan daha əvvəl “Miss Nijni Novqorod 2022” tacına sahiblənib. Bundan sonra Lukonkina Rusiyanı “Miss Earth-2023” beynəlxalq müsabiqəsində də təmsil edəcək.

Yarışma bitdikdən sonra Darya ilə bir araya gələn Hüseyn “Bu güllər “Krasa Rossii 2022”dir. Sənin 19 yaşın var. Sən çox gözəlsən. Amma dırnaqlarında fransız manükürü yoxdur” deyib.
“Krasa Rossii 2022”də yaşananları isə anbaan Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Rəşad Əliyev, Bizim.Media
 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO