“Mənə də pis-pis şərhlər yazırdılar. Amma sonra öyrəndim ki, xoşaqəlməz şərhlər yazanlar müğənnilərin adamlarıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
Sənətçi ona sosial şəbəkədə yazılan xoşaqəlməz şərhləri həmkarlarının “ayağına yazıb”.
“Xalq hər şeyi gözəl görür. Bu xalqa qurban olum. Xalqın mənimlə nə işi var? Xalq pisi yaxşıdan, qaranı da ağdan seçəndir. Onlar çox gözəl bilirlər ki, kim kimdir. Hamını da yaxşı tanıyırlar. Heç kim çıxıb özünü yalandan tərifləməsin. Nə də ki özünü “aydan arı, sudan duru” kimi aparıb, altdan-altdan işlər görməsin. Xalqın Mətanətlə işi yoxdur. Xalq bilir “nə var, nə yox”.
Xoşaqəlməz şeyləri edən gözü götürməyən, paxıl müğənnilərdir. Yalandan üzümə gülürlər, sonradan saxta hesablarla başlayırlar mənə pis-pis şərhlər “döşəməyə”, - deyə Mətanət bildirib.
Rəşad Əliyev, Bizim.Media
![Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO](https://bizim.media/file/articles/2022/10/26/1666788008_1.jpg)
- A-
- A
- A+
Şoutaym
16:43 / 26.10.2022
Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Yalandan üzümə gülənlər gözü götürməyən, paxıl müğənnilərdir” - VİDEO
101289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.