Qusarda

Qusarda "Zəfər Forumu" fonunda BAYRAM TƏDBİRİ – FOTO/VİDEO 

Hazırda oxunan: Qusarda "Zəfər Forumu" fonunda BAYRAM TƏDBİRİ – FOTO/VİDEO 

101122

Xəbər verdiyimiz kimi Qusarda Vətən Müharibəsində tarixi qələbəmizin ikinci ildönümünə həsr olunan forum keçirilib.  

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, "Zəfər Forumu"nunun rəsmi hissəsindən sonra general Mahmud Əbilov adına mərkəzi meydanda qələbəlik yaşanıb. 

Meydanda polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji iş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi hərbi marş və hərbi vətənpərvərlik mahnıları ilə çıxış edib. 

Forum iştirakçıları ifaları alqışlarla qarşılayıb. 

Qeyd edək ki, "Zəfər Forumu" Azərbaycan Prezident Adminstrasiyasının dəstəyi, Müdafiə Nazirliyinin və Qusar İH-nin birgə təşkilatçılığı ilə baş tutub. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO