Oktyabrın 28-dən 29-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanı 14 idmançı (8 oğlan, 6 qız) təmsil edəcək. Belə ki, oğlanlar arasında Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.
Qızların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) iştirak edəcəklər.
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 306 idmançı mübarizə aparacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:52 / 25.10.2022
14 cüdoçumuz Avropa Çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: 14 cüdoçumuz Avropa Çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: 14 cüdoçumuz Avropa Çempionatında mübarizəyə başlayır
101113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.