Danimarkalı hakim üçüncü dəfə

Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat aldı

Hazırda oxunan: Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat aldı

101042

Danimarkalı FIFA referisi Yakob Kehlet üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb.

Bizim.Media xəbər verir ki, "köhlən atlar"ın Fransada "Nant"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçını idarə edəcək 42 yaşlı ədalət təmsilçisi daha əvvəl də eyni turnirdə Azərbaycan təmsilçisinin görüşlərində iş başında olub.

Kehlet ilk olaraq 2015/2016 mövsümündə Ağdam klubunun Fransa "Monako"suna 0:1 hesabı ilə uduzduğu görüşdə ədaləti bərpa etməyə çalışıb.
O, ölkə çempionunun Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"a 2:3 hesabı ilə uduzduğu qarşılaşmasını da idarə edib.

Danimarkalı hakim bundan əlavə, 2015/2016 mövsümündə "Qəbələ"nin Yunanıstanda PAOK-la qolsuz heç-heçə etdiyi qrup mərhələsinin V tur görüşünə də təyinat almışdı.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO