Cənubi Qafqazda atəşkəsin davamlı olmasını istəyirik. Sadəcə istəmək kifayət etmir, töhfə vermək lazımdır.
Bizim.Media-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin təklifi, Rusiya və Türkiyə dövlət başçılarının dəstəyi ilə “3+3” formatında Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırılır.
Çavuşoğlunun sözlərinə görə Cənubi Qafqazda normallaşma region ölkələrinin xeyrinə olacaq. Bu normallaşmadan ən çox Ermənistan və Ermənistan əhalisi faydalanacaq.
“Dolayısı ilə Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”,- deyə XİN başçısı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:50 / 29.01.2021
''Bu normallaşmadan ən çox Ermənistan faydalanacaq'' - Türkiyə XİN rəhbəri
Hazırda oxunan: ''Bu normallaşmadan ən çox Ermənistan faydalanacaq'' - Türkiyə XİN rəhbəri
Hazırda oxunan: ''Bu normallaşmadan ən çox Ermənistan faydalanacaq'' - Türkiyə XİN rəhbəri
10098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.