Paytaxtda “Qələbə qaçışı” keçiriləcək

Paytaxtda “Qələbə qaçışı” keçiriləcək

Hazırda oxunan: Paytaxtda “Qələbə qaçışı” keçiriləcək

100930

Noyabrın 6-da Gənclər və İdman Nazirliyi müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil edəcək. 

“Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı 20 manat iştirak haqqı ödəməlidirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında bildirilib. 
 
Məlumata görə, toplanan vəsait Şəhid ailələrinə xeyriyyə məqsədi ilə sərf ediləcək. “Qələbə qaçışı”nın iştirakçıları yarışa Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start verəcəklər. Qaçış 3 müxtəlif (3 km, 5 km və 10 km) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər. 

Qaçış çərçivəsində urban (şəhər) idmanı master klasları və maraqlı tədbirlər də təşkil ediləcək. 

17 yaşdan yuxarı hər kəs qaçışda iştirak üçün (//marathon.smartscoring.com/#section-register) linki vasitəsilə 4 noyabr saat 12.00-dək qeydiyyatdan keçə bilər. 

Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş iştirakçıların e-maillərinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Qeyd edək ki, ilk “Qələbə qaçışı” ötən il noyabrın 9-da keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO