Bu qış Fransanı SOYUQ FƏLAKƏT gözləyir – Makronun erməni siyasətinin BƏDƏLİ

Bu qış Fransanı SOYUQ FƏLAKƏT gözləyir – Makronun erməni siyasətinin BƏDƏLİ

Hazırda oxunan: Bu qış Fransanı SOYUQ FƏLAKƏT gözləyir – Makronun erməni siyasətinin BƏDƏLİ

100893

“Cəmiyyətimizin mütləq əksəriyyəti düşünür ki, Fransa Ermənistanı “xristian olduqlarına və Fransada ermənilərin böyük diaspora malik olduğuna görə sevir”. Bəli, bu faktlar var. Amma Makron variasiyasındakı sevginin daha dərin səbəbləri var. Yenə yüz il əvvəl olduğu kimi Fransa Ermənistandan “istehlak materialı” kimi istifadə etmək istəyir.

Məhz, bu məqsədlə onlar erməni siyasi elitasını Azərbaycan və Türkiyə ilə sülh yolu ilə siyasi nizamlanmadan, öz qonşuları ilə qarşıdurmanı davam etdirməyə yönəldir. Rusiyanın, Fransanın və ya İranın neoimperiya ambisiyaları Ermənistanın xilası deyil, erməni elitasının onları mütəmadi olaraq təkrarlanan milli süqut versiyasına aparan köhnə ənənəvi səhvinin təkrarıdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Makronun Qarabağı işğal etmək planı üzə çıxdı - 2000 əsgər göndərmək istəyir


O, Fransanın xarici siyasətini və bunun fonunda Makronun siyasi gələcəyini şərh edərkən bildirdi ki, Brexitdən sonra Fransa kontinental Avropa məkanında siyasi liderlik uğrunda çoxmərhələli mübarizə dövrünə başladı: 

“Lakin Makronun siyasi səbatsızlığı tez-tez həm Fransanı, həm də onun özünü çətin vəziyyətdə qoyur. Məsələn, onun Türkiyəyə və eləcə də Azərbaycana qarşı sərgilədiyi mövqe çox yanlışdır.

Digər istiqamətlər də belədir. Nəzərə alaq ki, qarşıdakı qışda Fransanı çox ciddi enerji böhranı gözləyir. Bu böhran ölkə iqtisadiyyatına böyük bir zərbə olacaq. Cənubi Avropa ölkələri Azərbaycanla və Türkiyə ilə güclü əməkdaşlıq sayəsində özlərini enerji böhranından sığortalayıblar. Bu strategiyanın uğurunun əsas şərti enerji daşıyıcılarının axınlarına nəzarətin təmin edilməsidir.

Lakin, bu məsələdə Fransanın seçim imkanları o qədər də böyük deyil:

Birincisi, Fransa limanlarına çatdırılan dondurulmuş maye qaz çox bahadır.

İkincisi, boru kəməri də daxil olmaqla Şimali Afrikadan qaz nəqlindən güclü və alternativsiz asılılıq var.

Üçüncüsü, bir çox nəqliyyat dəhlizlərininTürkiyədən keçməsi. 

Makron siyasi gələcəyini və Fransanı xilas etmək bu problemləri həll etməlidir. Bunun üçün ilk növbədə Şimali Afrikadakı İtaliya və Türkiyə arasında rəqabəti aradan qaldırmalı və Yunanıstanın nəzarətində olan Şərqi Aralıq dənizi qazı üçün yeni qaz qovşağı yaratmalıdır.

Göründüyü kimi Makron nə qədər anti-Türkiyə siyasəti yeritsə də bəzi vacib məqamlarda ölkəsinin ayaqda qalması üçün türklərlə dil tapmaq məcburiyyətindədir. Əgər ortaq yol tapılmasa Makronun və Fransanın bu qış vəziyyəti heç də yaxşı olmayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO