Sabirabad bazarındakı yanan obyektlərin sığortası YOXDUR - Kim MƏSULİYYƏT daşıyır? 

Sabirabad bazarındakı yanan obyektlərin sığortası YOXDUR - Kim MƏSULİYYƏT daşıyır? 

Hazırda oxunan: Sabirabad bazarındakı yanan obyektlərin sığortası YOXDUR - Kim MƏSULİYYƏT daşıyır? 

100856

Sabirabad mərkəzi bazarında baş verən yanğın icbari əmlak sığortasının vacibliyini gündəmə gətirib. Ticarət obyektlərinin, yaşayış mənzillərinin, biz sözlə daşınmaz əmlaklarının icbari sığortası qanunla mövcuddur. Daşınmaz əmlakın icbari sığortası təbii, texnogen hadisə və fəlakətlərdən iqtisadiyyatın qorunması üçün düşünülmüş bir prosesdir. Bu sığorta məbləği yüksək olmasa da, bəzi şəxslər nəinki daşınmaz əmlaklarlarını, hətta obyektlərini sığortalamaqdan boyun qaçırır. Halbuki icbari sığorta bütün növ daşınmaz əmlaklarda baş verən yanğın, zəlzələ, subasma, o cümlədən bir sıra başqa problemlərin həlli üçün vacibdir. 

Bu mənada yanıb külə dönən Sabirabad mərkəzi bazarındakı obyektlərə dəymiş zərərin ödənilməsi məsələsi gündəmə gəlib. Sahibkarların dediyinə görə mağazaları sığortalanmayıb.

Halbuki ümumi sahəsi 5 hektar olan müxtəlif təyinatlı ticarət obyektlərinin yanar konstruksiyaları 9000 kvadrat metr sahədə yanıb. 

Bəs bu məsələdə kim məsuliyyət daşıyır? Sahibkar, yoxsa cavabdeh qurum? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sığorta üzrə ekspert İlkin İbrahimovun sözlərinə görə daşınmaz əmlakın icbari və daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortaları mütləqdir və məcburidir.

Biri sahibkarın əmlakına dəyən, ikincisi isə onun ucbatından qarşı tərəfə dəyən ziyanı ehtiva edir. Hər iki halda sığorta şəhadətnaməsi və sığorta müqaviləsi varsa, sığorta şirkəti kompensasiya verir. Bunlar olmadığı təqdirdə obyektin sənədi varsa, o zaman məcburi qaydada sığortalanmalıdır. Hesab edirəm ki, Sabirabad bazarının da eynilə digər bazarlar kimi sığortası yoxdur və sənədləri tam qaydasında deyil. Sığorta yoxdursa, Sabirabad bazarına nəzarət edən Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşıyır”.

Ekspert onu da əlavə edib ki, sığorta haqları və sığorta kompensasiyasının məbləği yerinə, ərazisinə, risk faktoruna görə düsturla hesablanır:

“Ondan sonra kompensasiya verilir. Bu o deməkdir ki, sığorta müqaviləsində nə qədər məbləğ göstərilirsə, həmin məbləğ də verilməlidir”. 

Qeyd edək ki, daşınmaz əmlakın sığortası zamanı müqavilə bağlanması ərəfəsində və prosesində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət olunmalıdır. Hazırkı vəziyyətdə icbari əmlak sığortası etdirməyənlərə (müəssə, ticarət obyetkti) cərimə mexanizmi nəzərdə tutulub.
Amma təəssüflər olsun ki, bu mexanizim kifayət qədər aktiv fəaliyyət göstərmədiyi üçün bu gün icbari əmlak sığortasından yayınanlar üstünlük təşkil edir.  Ekspertlərin fikrincə, bu kimi halların  qarşısını elektron nəzarət mexanizimi ilə almaq mümkündür və lazımdır. O zaman heç kim “kompensasiya” deyib dövlətin boynundan asılmayacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO