Rəqsanə İsmayılova: “Məni sevmək üçün ərimin pulu olmalı idi?” - VİDEO

Rəqsanə İsmayılova: “Məni sevmək üçün ərimin pulu olmalı idi?” - VİDEO

Hazırda oxunan: Rəqsanə İsmayılova: “Məni sevmək üçün ərimin pulu olmalı idi?” - VİDEO

100843

“Atamın axtarışına çıxdım, onu bu gün də görməmişəm. Üç yaşım olanda ondan ayrılmışam. Atam sağdır və 70-dən artıq yaşı var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Özəl” axşam şousunda deyib. 

Bir zamanlar ictimai-sosial verilişlər vasitəsi ilə atasının axtarışına çıxan sənətçi, onunla bu günə kimi görüşmədiyini bildirib. Rəqsanə illər əvvəl atasının Rusiyada bir şəxsi bıçaqladığına görə həbsxanaya düşdüyünü də etiraf edib.  

“Atam infarkt keçirib. Üç dəfə ürəyindən ağır əməliyyat olunub. Onun dostlarının qızları “Instagram” səhifəmin mesaj bölümünə “Atanız ola bilər ki, sizinlə görüşmək istəmir, amma çox böyük vicdan əzabı keçirir” sözlərini yazıblar. Böyüməyimdə atamın heç bir rolu olmayıb.
Göranboyda anadan olmuşam. Yaşadığım kənd də hərə öz həyətinin məhsulunu vaqonlarla yığıb Rusiyada satmağa aparırdılar. Atam da getmişdi. Rusiyada bir insanı bıçaqlayıb və həbsxanaya düşüb. Bir-iki il cəza evində cəzasını çəkib.

Onun yanında bir rus vətəndaşı da onunla birgə cəza çəkib. Həmin şəxsin bacısı atama davamlı olaraq yemək gətirib. Nəticə də onlar evləniblər. Həbsxanadan çıxandan sonra isə atam anama deyib ki, övladlarını götür gəl, Rusiyada yaşayaq. Rəhmətə gedən nənələrim anamı atamın yanına getməsinə icazə verməyiblər”. 

R.İsmayılova səmimiliyi ucbatından başının bəlalar çəkdiyini vurğulayıb.  

“Salamı verəndə elə bir şəkildə adama verirlər ki,... Sən kimsən axı? Məni sevmək üçün ərə getməli və Azərbaycanda köçməli idim? Məni sevmək üçün ərimin pulu olmalı idi? Belə çıxır ki, biz hamıya pula görə hörmət etməliyik. Pulun yoxdursa, sənə hörmət edən də olmayacaq.

Ən çox kişi dostlarım var. Qadınlarla dostluq etmirəm. Dostlarım bilirlər ki, mən pis günün dostuyam. Mən yaxşı günün dostu deyiləm. İstəmirəm onların yaxşı günündə yanlarında olum. Dostlarıma arzu edirəm ki, onlar hər zaman yaxşı olsunlar”, - deyə Rəqsanə bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO