Nazilə Fatimə ilə olan məhkəməsindən DANIŞDI: “Üzr istəsə, bağışlayaram” - ÖZƏL

Nazilə Fatimə ilə olan məhkəməsindən DANIŞDI: “Üzr istəsə, bağışlayaram” - ÖZƏL

Hazırda oxunan: Nazilə Fatimə ilə olan məhkəməsindən DANIŞDI: “Üzr istəsə, bağışlayaram” - ÖZƏL

100833

“Fatimə ilə olan məhkəmə şou xarakterli olmadığına görə, nəticəni çox yaxın zamanda görəcəksiniz. Məhkəmə gedir”. 

Bu sözləri şairə Nazilə Səfərli Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

“Rəqqasə Fatimə Fətəliyevanı bağışlayacaqsınızmı?” sualına N.Səfərlinin reaksiyası belə olub:

“Siz namusunuza dil uzadanı bağışlayarsız? Mən də bağışlamaram. Üzr istəsə, bağışlayaram. Amma bütün hallarda o, məndən üzr istəməlidir. Təzminat olacaq və məbləğ də kifayət qədər böyükdür”. 

Qeyd edək ki, bir müddət əvvəl rəqqasə ilə şairə arasındakı mübahisəyə Nazilənin sosial şəbəkə hesabında yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz.

Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Masaların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan, dingildədiyin masalar qırılar. Bağışla" sözləri səbəb olub.  
Bu paylaşımdan sonra Fatimə sosial şəbəkə hesabında canlı yayım açaraq Nazilənin ünvanına ağır ittihamlar səsləndirib. Səfərli isə  cavab olaraq "Ya üzr istə, ya məhkəməyə verəcəm" cavabı ilə Fətəliyevaya mesaj yollayıb. Fatimə heç bir üzrxaxlığın olmayacağını bildirərək, məhkəməyə hazır olduğunu açıqlayıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO