Gəncədə həyətlərdən oğurluq edən şəxs saxlanıldı

Gəncədə həyətlərdən oğurluq edən şəxs saxlanıldı

Hazırda oxunan: Gəncədə həyətlərdən oğurluq edən şəxs saxlanıldı

100702

Gəncədə su nasosları, su sayğacları və digər avadanlıqlara qənim kəsilən oğru yaxalanıb.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində 3 həyətyanı sahədən su sayğacı, su mühərriki və inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub.

Bu, əvvəllər məhkum olunmuş A.Məmmədovdur. Onun digər oğurluq hadisələrində də iştirakı araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO