Şahmatçımız dünya çempionatında qızıl medal qazandı

Şahmatçımız dünya çempionatında qızıl medal qazandı

Hazırda oxunan: Şahmatçımız dünya çempionatında qızıl medal qazandı

100596

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. 

Bizim.Media xəbər verir ki, Gövhər 10-cu turda Zala Ur (Sloveniya) ilə heç-heçə edib. Yarım xal qazanan şahmatçımız xallarının sayını 8,5-ə çatdırıb. Reqlamentə görə, xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.

Ona görə də Gövhər son turda uduzsa belə, əsas rəqibi Assel Serikbayla (Qazaxıstan) şəxsi oyunda üstünlüyə malik olduğu üçün nəticə dəyişməyəcək. Beydullayeva birinci yerdə qalacaq. 

Digə şahmatçımız Ləman Hacıyeva (7 xal) doqquzuncudur. 

Kişilərin yarışında Abdulla Qədimbəyli 7,5 xalla ikincidir. O, liderdən yarım xal geri qalır. Maqomed Muradlı isə 7 xalla 11-cidir. 
Qeyd edək ki, G.Beydullayeva Azərbaycan şahmat tarixində ilkə imza atıb. Gövhər 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçımızdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO