İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu açıqlandı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu açıqlandı

Hazırda oxunan: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu açıqlandı

100519

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu açıqlanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu 6 778 392 manat olacaq. 

Bizim.Media xəbər verir ki, bu, Agentliyin bu gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, kreditlərdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 6 iyun 2007-ci il tarixli fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. 
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra onun, idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür. 

Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aid deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO