İcmal büdcəsində 7 milyardlıq qalıq hansı səbəblər hesabına yaranıb? - AÇIQLAMA 

İcmal büdcəsində 7 milyardlıq qalıq hansı səbəblər hesabına yaranıb? - AÇIQLAMA 

Hazırda oxunan: İcmal büdcəsində 7 milyardlıq qalıq hansı səbəblər hesabına yaranıb? - AÇIQLAMA 

100515

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 milyard 719,8 milyon manat, xərcləri isə 22 milyard 569,6 milyon manat təşkil edib. Bunlarsa, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1 % və 16 % çoxdur. Son nəticədə icmal büdcədə 7 milyard 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Bizim.Media xəbər verir ki, bu məlumatı Maliyyə Nazirliyi yayıb.

Bəs, 7 milyardlıq qalıq necə yaranıb və bu vəsaitin taleyi necə olacaq?

Məsələyə aydınlıq gətirən Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Bizim.Media-ya bildirdi ki, 2022-ci ilin büdcəsində qalığın yaranmasının əsas səbəbi büdcəyə daha çox vəsaitlərin daxil olmasıdır:

“Nəzərə alaq ki, qalıq gəlir və xərcin fərqi nəticəsində yaranır. Qalığın bu qədər yüksək olması bu il həm neft və qazın dünya bazarında qiymətinin bahalaşması, həm də qeyri-neft sektorundan daxil olmalarla bağlıdır. Burda bir məqam da var. Büdcədən maliyyələşən bəzi layihələr uzun müddətlidir. Və uzun müddətli layihələrə də vəsait birdəfəlik ödənilmir. Və həmin layihələr dördüncü rübdə də maliyyələşdiriləcək”.

Millət vəkili onu da əlavə etdi ki, artıq 2023-cü ilin Dövlət Büdcəsi hökümət tərəfindən müzakirə edilib və Prezident Adminstrasiyasına təqdim olunub:

“2022-ci ilin Dövlət Büdcəsində yaranan qalıq bu mənada 2023-cü ilin Dövlət Büdcəsinin daha çox proqnozlaşdırılmasına imkan verir. Nəzərə alsaq ki, 2023-cü ilin Dövlət Büdcəsinin həm icmalında, həm də proqnozlaşdırılmasında artım nəzərdə tutulub. Maraqlıdır ki, növbəti ilin büdcəsi əsasən sosial yönümlüdür. İlkin qiymətləndirmələrə görə büdcənin yarısı sosial istiqamətlər yönləndiriləcək. Bu da o deməkdir ki, gələn il dövlətin sosial xərcləri bu ilkindən daha çox olacaq”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO