Binəli Yıldırım və Şamil Ayrım İstanbuldadır - YENİLƏNİB

Binəli Yıldırım və Şamil Ayrım İstanbuldadır - YENİLƏNİB

Hazırda oxunan: Binəli Yıldırım və Şamil Ayrım İstanbuldadır - YENİLƏNİB

100471

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır. 

Bizim.Media NTV-yə istinadən xəbər verir ki, onlar təyyarə ilə İstanbula aparılıblar.

14.01

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə səfiri "Twitter"də bildirib.

"Cənab Prezident İlham Əliyev Baş Nazirimiz Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçimiz olan Oğuzhan qardaşımızı xəstəxanada ziyarət etdi. Diqqətinə görə Prezidentə təşəkkür etmək istərdik. Var olsun. Xəstələrimizin vəziyyəti yaxşıdır. Onları Türkiyəyə yola saldıq" - deyə səfir qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO