Paytaxtda qadın tanışını öldürməyə cəhd edən kişi MƏHKƏMƏ QARŞISINDA 

Paytaxtda qadın tanışını öldürməyə cəhd edən kişi MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Paytaxtda qadın tanışını öldürməyə cəhd edən kişi MƏHKƏMƏ QARŞISINDA 

100421

Bakının Suraxanı rayonunda qadını qətlə yetirməyə cəhddə ittiham olunan Sahil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.  

Yaxın günlərdə məhkəmə başlanacaq.  

İttihama görə, bu ilin iyulun 3-də 1985-ci il təvəllüdlü Aynurə Əliyarova paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

İstintaq orqanı tərəfindən Sahil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amanszılıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO