Badamdarda sürüşmə oldu - obyektə ziyan dəydi - YENİLƏNDİ

Badamdarda sürüşmə oldu - obyektə ziyan dəydi - YENİLƏNDİ

Hazırda oxunan: Badamdarda sürüşmə oldu - obyektə ziyan dəydi - YENİLƏNDİ

10041

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

Əlavə məlumat veriləcək.

***

28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media-nın məlumatına görə, bu barədə xəbəri FHN Mətbuat xidməti yayıb.

Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib. Əlavə məlumat veriləcək.


***

Bakının Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi olub.

Bizim.Media-nın məlumatına görə, hadisə nəticəsində yaxınlıqda yerləşən obyektə ziyan dəyib.

Hazırda aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən ərazidədir. 

Qeyd edək ki, bundan əvvəl də Badamdarda sürüşmə halları müşahidə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO