Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi təqdim edilib

Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi təqdim edilib

Hazırda oxunan: Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi təqdim edilib

100392

Oktyabrın 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə daxil olma” Yol Xəritəsinin təqdimatı keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 

Məlumata görə, sənəd Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxil olma” işçi qrupunun növbəti iclasında təqdim olunub.  

Tədbirdə Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vəkillər Kollegiyası, həmçinin işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. 

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Әlverişli biznes mühiti” layihəsi barədə danışıb, bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə söykəndiyini diqqətə çatdırıb.  

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi, onun alt indikatorları və komponentləri barədə ümumi məlumat verib, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində aparılan islahatlar barədə danışıb. 
S.Musayeva Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin təqdimatını edib və qarşıda duran vəzifələr barədə danışıb.

2022-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verən rəis müavini müvafiq sahədə təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün diaqnostika matrisasının hazırlandığını diqqətə çatdırıb.  

O, bildirib ki, matrisa çərçivəsində daha geniş sahənin qiymətləndirilməsi həyata keçiriləcək.  
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə xarici rəsmi sənədlərin dövriyyəsinin sadələşdirilməsi və xarici mənşəli sənədlərin autentifikasiyası üzrə tədbirlərin icrası ilə bağlı məsələləri şərh edib. 

“KPMG Azerbaijan Limited” şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev birbaşa xarici investisiyaların cəlb edilməsində əlverişli biznes mühitinin rolu barədə danışıb, Yol Xəritəsi üzrə inkişaf və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində konsaltinq şirkətlərinin rolunu vurğulayıb, işçi qrupun bu sahədə effektiv platforma olacağına əminliyini ifadə edib. 

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarəedici direktoru Zibər Hüseynova Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi zamanı dövlət-biznes dialoqu platforması vasitəsilə təkliflərin əldə olunmasının əhəmiyyətini qeyd edib, yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. 
Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesə daxilolma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsini Nazirlər Kabineti təsdiq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO