Türkiyəli səfir Binəli Yıldırımı ziyarət etdi - FOTO 

Türkiyəli səfir Binəli Yıldırımı ziyarət etdi - FOTO 

Hazırda oxunan: Türkiyəli səfir Binəli Yıldırımı ziyarət etdi - FOTO 

100390

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəstəxanada müalicə edilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımı və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımı ziyarət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə səfir şəxsi “Twitter” hesabında paylaşım edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Binəli Yıldırım Zəngilanda qəzaya düşüb


“Xəstəxanadayıq. Cənab Binəli Yıldırımı, İstanbuldan olan millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik.

Bütün həkimlər, səhiyyə işçiləri diqqətlidir. Onların səhhətinin yaxşı olduğu barədə məlumat aldıq. Ən xoş arzularımızı çatdırırıq”, - səfir qeyd edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO