50 min azərbaycanlı Rusiyadan deportasiya oluna bilər - SƏBƏB

50 min azərbaycanlı Rusiyadan deportasiya oluna bilər - SƏBƏB

Hazırda oxunan: 50 min azərbaycanlı Rusiyadan deportasiya oluna bilər - SƏBƏB

100339

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya hakimiyyəti miqrasiya nəzarətini gücləndirmək niyyətindədir. O qeyd edib ki, miqrantların sıx məskunlaşdığı yerlərdə genişmiqyaslı hüquq-mühafizə tədbirləri həyata keçiriləcək. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının son müşavirəsində miqrasiya siyasətinə dəyişiklik etməyin vacibliyini vurğulayıb. O bildirib ki, dünyada vəziyyət dinamik şəkildə dəyişir, miqrasiya sferasına təsir edən qlobal və regional faktorlar yaranır, bu səbəbdən də hazırkı miqrasiya siyasəti konsepsiyasına korrektə etmək lazımdır. 

Rusiyanın miqrasiya nəzarətini gücləndirməsi görəsən, bu ölkədə qeyri-qanuni əsaslarla yaşayan nə qədər azərbaycanlıya öz təsirini göstərəcək? 

Bizim.Media-ya açıqlama verən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, Rusiyanın bu siyasəti 10-50 min arası azərbaycanlı qeyri-qanuni miqranta təsir edəcək: 

“Düşünmürəm ki, burada söhbət sərtləşdirmədən getsin. Sərtləşmə yalnız qeyri-qanuni miqrantlara qarşı yönələ bilər. Hazırda iqtisadi sanksiyalarla bağlı xeyli sayda miqrant Rusiyanı tərk etməli olub. Bundan əlavə, bir milyon Rusiya vətəndaşı da ölkəni tərk edərək, xaricə gedib. Bunun da nəticəsində Rusiyanın əmək bazarında ciddi problemlər yaşanır. Belə vəziyyətdə Rusiyanın əmək ehtiyatlarına ciddi ehtiyacı yaranıb. Ola bilsin həmin ehtiyacı doldurmaq üçün bu dəfə Kreml mövcud vəziyyətə uyğun olaraq əmək miqrasiyası sahəsdində bəzi yumşalmalara getsin.

Bununla belə, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində sərtləşmənin olması da mümkündür.

Rusiyada hazırda 500 minə yaxın azərbaycanlı qanuni əsaslarla yaşayır. Onun da 160-170 mini əmək müqaviləsi əsasında işləyir. Ailə üzvləri və uşaqları çıxmaq şərtilə yerdə qalanlar arasında müəyyən sayda qeyri-qanuni əsaslarla əmək fəaliyyətilə məşğul olanlar da var. Onların təxmini sayı 10-50 min arasında ola bilər. Belə vəziyyətdə atılan yeni addımlar fonunda yuxarısı təxminən 50 minə qədər azərbaycanlı miqrantın taleyi qeyri-müəyyən olaraq qalacaq”. 

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO