Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutub, bığ saxladı – FOTOFAKT

Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutub, bığ saxladı – FOTOFAKT

Hazırda oxunan: Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutub, bığ saxladı – FOTOFAKT

100302

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əiiyevlə bilrikdə bu gün Zəngilan Hava Limanının açılışında iştirak etmək üçün ölkəmizə səfər edib.

Açılış mərasimində AZAL-ın prezidenti Cahangir Əsgərov da iştirak edib. Mərasimdən çəkilmiş görüntülər isə istər-istəməz Füzuli Hava Limanının açılış mərasimində Türkiyə lideri ilə Cahangir Əsgərov arasındakı dialoqu yadımıza salıb.

Bizim.Media xəbər verir ki, həmin zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Əsgərovun bığının olmamasına işarə etmişdi. Prezident İlham Əliyev isə AZAL rəhbərinin bığlarının töküldüyünü qeyd etmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Ərdoğan Füzuli hava limanının açılışında – FOTO/VİDEO


C.Əsgərov Rəcəb Tayyib Ərdoğana “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.

Bu günkü görüntülərdə isə C. Əsgərovun sözünü tutduğu və bığ saxladığı əks olunub.

Sözügedən fotonu və Füzli Hava Limanının açılışındakı maraqlı dialoqu təqdim edirik:

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO