Azərbaycanda FAKTİKİ HAVA - Dalğanın hündürlüyü 2.3 metrə çatdı

Azərbaycanda FAKTİKİ HAVA - Dalğanın hündürlüyü 2.3 metrə çatdı

Hazırda oxunan: Azərbaycanda FAKTİKİ HAVA - Dalğanın hündürlüyü 2.3 metrə çatdı

100155

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 19-na olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı: Qəbələdə 41.0 mm, Oğuzda 40.0 mm, Şəkidə 36.0 mm, Zaqatalada 23.0 mm, İsmayıllıda 21.0 mm, Qaxda 17.0 mm, Balakəndə 15.0 mm, Astarada 14.0 mm, Quba, Qusar, Mingəçevirdə 8.0 mm, Şahdağ, Yardımlı, Yevlax, Kürdəmir, Lerik, Şamaxı, Altıağac, Xaltan, Qrız, Şabran, Göygöl, Qobustan, Tərtər, Gəncə, Naxçıvan, Ağdərə. Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəfərxan, Biləsuvar, Lənkəran, Göytəpədə 6.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 6.0 mm, Sumqayıtda 2.0 mm, Maştağa, Binədə 1.0 mm-dək olub.

Qar: Şahdağ, Oğuz, Qəbələ, Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Sel: oktyabrın 18-i saat 14:00-da yağan leysan yağışlar nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsidən sel keçib.

Külək: Şimal-qərb küləyi Neftçalada 20 m/s, Şirvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Oktyabrın 20-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO