Aİ missiyası Ermənistanda fəaliyyətə başladı - FOTO

Aİ missiyası Ermənistanda fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Aİ missiyası Ermənistanda fəaliyyətə başladı - FOTO

100072

Avropa İttifaqının müşahidəçi missiyası artıq Ermənistanda öz işinə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb. 

Məlumata görə, missiyanın üzvləri bir neçə gün əvvəl Ermənistana gəlib və oktyabrın 17-si ölkənin müdafiə naziri Suren Papikyanla görüş keçiriblər. 

Missiyanın bu gün öz yerləşəcəkləri ərazilərə doğru hərəkət etdiyi iddia olunub. Qəzet missiya nümayəndələrinin aparıldığı avtomobillərin görüntülərini də paylaşıb. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Missiya müvəqqəti xarakter daşıyır və 2 aydan çox davam etməyəcək.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO