Moderator.az-ın məlumatına görə, "Müğənni Mətanət Əsədovaya "mən aliməm, sən fahişəsən" deməklə gündəmə gələn yazar Əziz Musa ölkə.az saytının suallarını cavablandırıb.
- Əziz müəllim, müğənni Mətanət Əsədova sizi məhkəməyə verib və təzminat kimi yüz min manat istəyir. Uduzsanız ödəyə biləcəksiniz?
- Mənim heç on manat da qazancım yoxdur. Hardadır mənim o qədər pulum?
- Bəs uduzsanız, necə olacaq?
- O qalacaq Allahın ümidinə.
- Son günlərdə sənət adamlarından, onların yaxınlarından sizə zəng vurub hədələyənlər olur?
- Hə, elə şeylər olub.
- Mətanət Əsədovanın yaxınlarıdır?
- Heç tanımıram kimdir.
- Zəng vurub nə deyirlər?
- Hər söz deyirlər, təhqir edirlər, hədələyirlər. Mən də susub dururam. Amma mən elə ordaca Mətanət Əsədovadan üzr istədiyimi dedim.
- Əziz müəllim, biri deyir ki, siz ona "fahişə" demisiniz, biri deyir "küçə qızı" söyləmisiniz. Əslində nə demişdiniz?
- Orada özümdə olmamışam. Cumdu üstümə, əlimdən mikrofonu alıb sındırdı. Nə oldusa, sonradan oldu.
- Ondan sonra sizə telekanaldan zəng edib barışdırmaq istədilər?
- Olmayıb.
- Bundan sonra o cür verilişlərə yenə gedəcəksiniz?
- Normal veriliş olsa, gedərəm, elə verilişlərə yox.
- O verilişdə ilk dəfə idi iştirak edirdiniz?
- Əvvəl də iştirak etmişəm.
- İlk dəfə belə bir qalmaqalla üzləşirdiniz?
- Bəli.
- Bildirilir ki, siz şagirdinizi zorlamısınız...
- Keçmişi qurdalamaq lazım deyil. Mən o dövrləri yaşayıb qurtarmışam. İstəyirəm bir az sakit ömür yaşayam.
- Neçə yaşınız var?
- 64 yaşım var.
- Övladlarınız da jurnalistika sahəsindədir?
- Üç övladım var. Biri müəllimdir, biri maliyyəçi....
- Bu qalmaqala reaksiyaları necə oldu?
- Onlar mənə heç nə demirlər.
- Narahat deyilsiniz övladlarınıza nəsə edərlər?
- O barədə heç nə deyə bilmərəm.
- Son günlər yetərincə populyarlıq qazandınız. Bu formada populyar olmaq bir ziyalı və alim üçün nə dərəcədə yaxşı haldır?
- Mən şöhrətpərəst adam deyiləm və istəmərəm ki, belə qalmaqalda adım hallansın. Sakit adamam.
- Qalmaqalı da özünüz yaratmısınız...
- Aydın məsələdir ki, əsəbləşmişdim.
- Verilişdən sonra Manaf Ağayev sizə nəsə dedi?
- Mən efirdən çıxdım gəldim. Orada deyib ki, onun nəslində kişi yoxdur. Heç mən tanımıram Manaf hardandır, necə adamdır.
- Onunla bağlı məhkəmyə müraciət edəcəksiniz?
- Mən hacı adamam, həmişə sakitlik və sülh tərəfdarı olmuşam.
- Neçənci ildə Həcc ziyarətində olmusunuz?
- 2007-ci ildə.
-İbadət edirsiniz?
- Bəli.
- Amma xanımınız bildirib ki, hirslənəndə evdə də söyür...
- Xanımım da dindar adamdı. Evdə heç vaxt nə ağzımdan söyüş çıxmaz, nə də əsəbləşmərəm. Sakit adamam. O da nəysə bir iş idi oldu.
- Alimlik dərəcəniz var, Yazıçılar Birliyinin üzvüsünüz...
- Mənim 30 kitabım var.
- Necə dolanırsınız?
- Məktəbdə müəllim işləyirəm, övladlarım da işləyir. Bir yerdə yaşayıb dolanırıq.
- İşlədiyiniz məktəbin direktoru zəng vurub irad bildirməyib ki?
- Yox, hələlik bir şey yoxdur.
- Sizcə sənət aləmində fahişələr çoxdur. Ümumiyyətlə, bu aləmdə fahişə var?
- Mən deyirəm ki, efirdə hamı mədəni olsun, mədəni geyinsin. Mən o sözü deyə bilmərəm. Axı hacı adamam. Söyləyə bilmərəm ki, sənət aləmində fahişə var. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Bağışlamaq böyüklük əlamətidir.
- Məhkəmə ilə bağlı içinizdə qorxu var?
- Niyə qorxuram ki? Həyatda hər şey ola bilər
- Sonuncu kitabınız neçənci ildə çıxıb?
- Ötən il.
- Kitablarınızı kim maliyyələşdirir?
- Mən şairəm də. Elə öz ailəmin xərci ilə çıxarıram.
- Bilirik ki, əslən Cəbrayıldansınız. Hazırda yaşadığınız mənzil özünüzündür?
- Dar bir evimiz var. Altı nəfər iki otaqda məskunlaşmışıq.



































































































