Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun Moderator.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:
Əvvəli bu linkdə--- ( //moderator.az/index.php?xeber=76875 )
-Rusiya da öz vətəndaşına
”“Dilqəmə sahib çıxmadı...
-Rusiya tarix boyu erməninin dayağı olub və
ermənini bir qancıq it kimi üstümüzə qısqırdıb. Amma Rusiyanı bir kənara
qoyuram. Əsas məsələ Azərbaycanın öz vətəndaşına sahib çıxması məsələsidir. Məndə
olan məlumata görə rəsmi Bakı gerçəkdən də bütün cəbhələrdə diplomatik cəhdlər
edib. Amma ağılı başında olanlar bilir ki, ermənilər xoşluqla Dilqəmgili
qaytaran deyil. Onları bizləməsən donuz darıdan çıxmadığı kimi nə işğal etdikləri
torpaqlardan çəkilən deyillər, nə mənfur niyyətlərindən. Qırmızı Xaçdan da Dilqəmgili
istəməyi doğru saymıram. Onların missiyası başqadır və hətta bu qurum ermənipərəst
olmasa belə bunu etmək imkanında da deyil. Bir də onların Dilqəmgildən ailələrinə
gətirdikləri məktub da formal bir prosedurdur. Axı məntiqlə Dilqəmlə Şahbaz necə
desin ki, burda bizə amansız işgəncə verirlər. Siz Dilqəmgilin əvvəlki və
sonrakı şəkillərini görmədinizmi? Dağ kimi oğullar şam kimi əriyib çöpə dönüblər.
Bu müqayisə appaçıq onların ordakı vəziyyətlərini və aqibətlərini göstərir.
Amma təsəvvür edin ki, o boyda işgəncəyə baxmayaraq Dilqəm məhkəmədə ermənilərin
üzünə kişi kimi sözlər deyir, onları işğalçı adlandırır və öz ata-baba yurduna
getməklə heç bir cinayət törətmədiyini bildirir. Bunu deməyə hər oğulun dizi, cəsarəti
çatmaz.
-Rəsmi Bakı son vaxtlar Vaşinqtona qarşı xeyli
aqressiv və emosional davranış sərgiləyir.
-(gülür)
Doğrudan da gülməlidir. Həm gülməlidir, həm də acınacaqlı. Amma mən bu cür
aqressiv davranışı başqa şeylə əlaqələndirirəm. Ola bilsin ki, Amerikanın əlində
rəsmi Bakını narahat edən, rahatlığını əlindən alan bir sənəd, yaxud hansısa
fakt var və bundan Azərbaycan iqtidarına qarşı istifadə etməyə hazırlaşır. Ona
görə də qara məni basınca mən qaranı basım məntiqiylə davranaraq sanki
qabaqlayıcı addımlar atılır. Təbii, mən iddia etmirəm ki, Amerikada qurd quzu
ilə otlayır və iddia olunduğu kimi doğrudan da okeanın o tayında demokratiya
ayaq tutub yeriyir. Amma axı gəlin insaflı olaq da. Amerikada və Avropada dövlətlər
öz vətəndaşının rahatlığı üçün əsir, ona sahib çıxır və əlindən gələni əsirgəmir.
Təsəvvür edin ki, Amerika əsgərini heç bir dövlətin mühakimə etmək ixtiyarı
yoxdur. Hansı ölklədə cinayət törətməsindən asılı olmayaraq onu öz qanunları ilə
mühakimə edə bilərlər.
-Müxalifətin bəzi qüvvələri hakimiyyətlə dialoq adlı
bir polemikaya giriblər. Sabah sizi də hansısa statusla həmin görüşlərə dəvət
etsələr ən azı fikir bildirmək üçün iştirak edərsinizmi?
-Suala
cavab vermək üçün gərək icazə verəsiniz bir lətifə danışım. Bir gün iki gürcü
“Alpinist”x9d filminə baxırlar. Baxırlar ki, alpinist nə qədər əlləşsə də dağa
qalxa bilmədi. Film qurtarır və onlar bir kafeyə gedib içki içirlər. Gürcünün
biri o biri ilə mərc gəlir ki, gəl gedək bir daha o filmə baxaq, alpinist bu dəfə
o dağa qalxa biləcək. Durub gedirlər təkrar filmə baxırlar. Beləcə xəyalpərəst
və sadəlöhv gürcü bicbala gürcüyə bir neçə dəfə qonaqlıq verməli olur. Bax
bizim müxalifət də həmin qonaqlıq verən o gürcü kimidir. Bu cəfəngiyyat 20
ildir davam edir. Mən bunu dialoq adlandıranları qınayıram. Hakimiyyət ona
müxalif olan tərəflə real dialoq istəyirsə, hər iki tərəfdən xalqın əksər hissəsini
təmsil etmək haqqı olan yüksək səlahiyyət sahibləri iştirak etməli, səmərəli
fikir mübadiləsi aparılmalı və onun real nəticələri olmalıdır. Amma bu gün orda
tamam fərqli mənzərənin şahidi olmaqdayıq. Sanki hakimiyyət təmsilçisi onları
bir zala yığıb mühazirə oxuyur. Bu cür danışıqlar millətə heç nə verə bilməz.
Olsa-olsa beş-on adam deputat mandatı ilə mükafatlandırıla bilər.
-Yeri gəlmişkən, artıq məhkumluğunuzun müddəti başa
çatıb və deputatlıq marafonuna qoşula bilərsiniz. Bu barədə götür-qoy etməmisiniz
ki?
-Hələ qəti
qərara gəlməmişəm. Bu gün üçün qənaətim qatılmamaqdır.
-Qatılası olsanız hansı dairəni gözaltı etmisiniz?
-Əgər
qatılası olsam bu dəfə məhz elə Kəlbəcərdən qatılacam. Bilirsiniz niyə? Çünki kəlbəcərlilər
Azərbaycanın 57 rayonuna səpələnib, xeyir-şərə çatdırıb gedə bilmirlər, talelərindən
və vətənzislikdən sacdakı qovurğa kimi qovrulurlar. Bu gün ölüsünü basdırmağa
yer tapmayan kəlbəcərlidir, dirisini həkimə apara bilməyən, evləndirib ərə verməyə
imkanı olmayan, ailəsini dolandırmaq üçün min bir zillətə qatlaşan kəlbəcərlidir.
-Bu gün həm də torpağına gedib girov düşən də kəlbəcərlidir...
-Başqa
rayonların insanları məndən inciməsin. Kəlbəcərlilər tamam başqa bir həyat
yaşayırdılar. Onlara olan zülm kimsəyə olmadı. Təbii, başqa rayonlarımıza da
divan tutdular, Xocalıdakı cinayət insanlıq yaşadıqca lənətlənəcək, amma artıq
kəlbəcərlilər dayana bilmirlər. Sabah ola bilər ki, Dilqəm kimi aqibətini gözə
almadan o torpaqda işgəncə ilə ölməyə belə getmək istəyənlərin sayı onlarla,
yüzlərlə olacaq. Ona görə də belə bir qürurlu, vəfalı camaatın danışan dili,
hayqıran səsi olmaqdan şərəfli heç nə olmaz mənim üçün dünyada. Yəni namizədliyimi
versəm belə, o qutudan çıxmayacağımı da bilirəm. Amma heç olmasa gedib
qapı-qapı insanlarımızı ziyarət etmək, onları dinləmək, təsəlli vermək, quru
sözlə də olsa dərdinə şərik olmaq ellilərimin və özümün kəlbəcərsizliyimizi
qismən də olsa unutdura bilərdi. Mən Azərbaycanı gəzirəm, yazda-yayda
dağda-daşda çox oluram. Görəndə ki, bir kəlbəcərli bir bulağın üstündə 3-5
manata saz çalır, mənə çox pis təsir edir. Elə bil o dünyanı görüb qayıdıram
onda.
-Deyəsən sizin pensiya məsələniz də hələ o dünyadan
qayıtmayıb...
-(gülür)
Bilirsiniz, heç özüm də maraqlanmadım. Deyirsiniz mənə də Rəhim Qazıyevə Müdafiə
Nazirliyində dedikləri sözü desinlər? Rəhim 25 il ali məktəbdə dərs deyib,
sonradan bir il nazir olub. İndi pensiya almaq üçün nazirlikdən arayış istəyir
ki, mənə filan vaxtdan filan vaxtadək nazir işlədiyimlə bağlı sənəd verin.
Deyirlər bizdə belə bir sənəd yoxdur, yəni demək istəyirlər ki, biz sənin nazir
olduğunu nə eşitmişik, nə görmüşük. Bax mənə də bunu deyə bilərlər ki, sən nə
vaxt daxili işlər naziri oldun ki, bizim xəbərimiz olmadı?
-Silahlı qüvvələrimizin mövcud durumundan az-çox xəbəriniz
olmamış deyil...
-Zakir Həsənov
müdafiə naziri təyin ediləndən sonra orduda xeyli dəyişiklik olduğu
danılmazdır. Amma bu millət onda təkcə erməniyə deyil, dünyaya meydan oxuyardı
ki, digər sahələrdə olduğu kimi heç olmasa orduda rüşvət və korrupsiya
olmayaydı, orduya ayrılan son qəpik təyinatı üzrə xərclənəydi.
-İllər uzunu Səfər Əbiyevlə Nəcməddin Sadıqovun yola
getməməsi üzündən ciddi problemlərin, ən azı ikihakimiyyətliliyin yaşandığı
iddia olunub. Hətta bəzən Nəcməddin Sadıqovun məhz Həmidov qardaşlarının kadrı
olduğu xüsusi vurğu ilə qeyd edilib...
-Nəcməddin
Sadıqovla bağlı bir neçə dəfə mətbuata açıqlama vermişəm, ən çox da elə səninlə
bu barədə danışmışıq. Amma təkrar deyirəm, o Azərbaycanda barmaqla sayılan hərbçilərdəndir
ki, hərbi akademiya bitirib və onu da vaxtilə müdafiə etməyimiz də nəticəsiz
olmadı. Qarabağ savaşındakı ən uğurlu əməliyyatlarımıza elə onun rəhbərliyi və
komandanlığı ilə nail olundu. Tərtər və Goranboy istiqamətindəki əməliyatların
hər ikisində briqada komandiri kimi Nəcməddin Sadıqov yaxşı tərəfdən özünü göstərə
bildi və biz də ona görə mükafatlandırdıq. Amma bu hakimiyyət bu cür peşəkar
kadrı alverçi elədi.
-Onun Azərbaycana nə vaxt gəlməsiylə bağlı sizdə məlumat
varmı? Onun 88-ci ildə Ukraynadan batalyon komandirinin müavini kimi Gəncəyə
Dağlıq Qarabağ münaqişəsini yatırtmaq üçün göndərilməsi iddiaları var.
-Onun dəqiq
nə vaxt Azərbaycana gəlməsini bilmirəm. Mən Nəcməddini tanıyanda o artıq
Goranboyda briqada komandiri idi. O vaxt da onun hərbi biliyinə valeh olmuşam.
Mən o vaxt Prezident Aparatından Tərtər və Goranboya təhkim olunan xüsusu səlahiyyətli
şəxs kimi Nəcməddinlə görüşəndə də dedim ki, mən sənin işinə qarışmayacam,
döyüş aparmaq sənin işindir, bunun üçün məndən nə tələb olunursa de şərait
yaradım, təmin və təchiz edim. Nəcməddin qorxaq adam da deyil, mən onunla
mühasirəyə də düşmüşəm, onda da qorxmayıb, dik durub, savaşıb birlikdə mühasirəni
də yarmışıq. Amma yenə deyirəm, belə bir hərbçi dönüb oldu alverçi. Hərbi
bilik, hərbi savad qaldı qıraqda, alverə girişdi...
-Alverçi təzədən dönüb peşəkar hərbçi kimi savaşa bilərmi?
-Ömür-billah savaşa bilməz.
-Yəni ikinci Qarabağ savaşı başlasa ondan əvvəlki qəhrəmanlığı
gözləməyə dəyməz?
- Allah nəsib
eləsin ikinci Qarabağ əməliyyatı başlasın, o qədər qəhrəman oğlanlar tapılacaq
ki. Qəhrəman axtarmaq lazım deyil, dövləti idarə edənlər milləti, onun silahlı
qüvvələrini qəhrəman etməlidir. O zaman heç kimin gözləmədiyi halda o millətin
içindən nəinki Nəcməddin Sadıqov, hətta Cövhər Dudayev kimi qəhrəmanlar çıxır.
Nə qədər ki, xalq və onun ordusu qəhrəmana çevrilməyib, heç bir ümummilli
nailiyyətimiz olan deyil. Ordunu sındırıb içində qəhrəman axtarmazlar.
-“Boz
qurd”x9dların daxilində də bir qarmaqarışıqlıq var...
-Yaxşı
ki, var. Mən hətta buna sevinirəm. Qurdlarla çaqqallar aralanmalıdır bir-birindən.
Qədim türk misalı da var ki, qurdlar ulayanda itlər hürüşür. Yəni qurdlar
ulamağa başlayanda itlər də hürərək özlərini ələ verirlər. Qurd heç vaxt
quyruğun qısmaz, amma it hürsə belə həmişə quyruğunu qısır. Bozqurdların heç
bir hakimiyyət idddiası yoxdur. Bizimki millətçilik davasıdır. Biz milli düşüncədə
kimsəyə nəsə güzəştə getmək fikrimiz yoxdur.
Zülfüqar Hüseynzadə




























































































