Rafiq Əliyevin tədris proqramı bütün dünyada tanınacaq -Azərbaycan təhsilində tarixi uğur

Rafiq Əliyevin tədris proqramı bütün dünyada tanınacaq -Azərbaycan təhsilində tarixi uğur

Hazırda oxunan: Rafiq Əliyevin tədris proqramı bütün dünyada tanınacaq -Azərbaycan təhsilində tarixi uğur

220898
Moderator.az AzEDU.az-a istinadən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BA (MBA, BBA, ZU) Proqramlarıxa0 direktor müavini dosent Nailə Həsənova ilə müsahibəni təqdim edir.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl bu proqramlarda 5 ixtisas Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Akkreditasiya Təşkilatı olan FİBAA tərəfindən akkreditasiya olunub. Bu isə o deməkdir ki, Azərbaycandaxa0 həyata keçirilən bu proqramlar artıq bütün dünyada qəbul ediləcək.

Xatırladaq ki, BA Proqramlarının həmtəsisçilərindən biri dünya çapında tanınan alim, Lütfi Zadənin elmi irsinin varisi, professor Rafiq Əliyevdir:

- BA Proqramları nə vaxt və kimlər tərəfindən yaradılıb? Proqram dövlət hesabına, yaxud xüsusi qrantlarla maliyyələşir?

- BA Proqramları tərkibində 3 Proqram fəaliyyət göstərir: MBA (Master of Business Administration), BBA (Bachelor of Business Administration), ZU(Siegen University, Bachelor ofxa0 “Businessxa0 New Technologies” Program).

“Biznesin idarəolunması üzrə magistrların hazırlanması və professor–müəllim heyətinin təkmilləşdirilməsi” (“Master of Business Administration”) MBA Proqramı üzrə magistratura 1998-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və ABŞ-ın Corciya Dövlət Universiteti(CDU) tərəfindən hazırlanmışxa0 birgə layihəyə əsasən təşkil olunub. Proqramın həyata keçirilməsi ABŞ Dövlət Departamentinin Milli İnformasiya Agentliyinin qrantı sayəsində mümkün olub. 15 iyun 1999-cu ildə Proqramın əsasnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

2001-ci ildə ADNSU və ABŞ-ın Corciya Dövlət Universiteti tərəfindən birgə hazırlanan layihəyə əsasənxa0 BBA (Bachelor of Business Administration) Proqramı yaranıb. Bu Proqramın da fəliyyəti ABŞ Dövlət Departamentinin qrantı əsasında həyata keçirilib. 12 iyun 2002-ci ildə Proqramın Əsasnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

Hər iki proqramxa0 Professor Rafiq Əliyev və Corciyaxa0 Universitetinin professoru Bican Fəzlullahi tərəfindən təşkil olunub.

Almaniyanın Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin arasında “Yeni texnologiyalar üzrə bakalavr hazırlanmasına dair əməkdaşlıq Proqramı” ZU Proqramıxa0 2001-ci ildən fəaliyyət göstərməyə başladı. 01 oktyabr 2003-cü ildən Proqramın Əsasnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.




- Azərbaycanda MBA və BBA təsilinin başlanğıcı bildiyimiz qədər sizin proqramlar vasitəsilə qoyulub. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, dövlət universitetləri arasında həm MBA, həm BBA təhsilinin başlağıcı bizim universitetdə olan Ppoqramlar tərəfindən qoyulub. Bu yolda ilk olmaq qarşımıza müxtəlif çətinliklər çıxarsa da Azərbaycan təhsilinə bir yenilik gətirmək və tələbələrimizin günü-gündən artan uğurlarını görmək bizi həmişə qürurlandırmış, fərqli bir stimul verib.

- Bizdə olan məlumata görə, bu yaxınlardaxa0 sizin proqramlarda 5 ixtisas Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Akkreditasiya Təşkilatı olan FİBAA tərəfindən akkreditasiya olunub. Bu boyuk uğur necə əldə edildi?

- Azərbaycan təhsil sistemındə ilk dəfə olaraq ADNSU-nun BA (MBA,BBA,ZU) Proqramları üzrə 5 ixtisasxa0 Beynəlxalq Akkreditasiya Agentliyi olan FIBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən akkreditasiya olundu. 1994-cü ildə Almaniyanın Bonn şəhərində yaradılmış FİBAA Almaniya Beynəlxalq Akkreditasiya Təşkilatı tərəfindən qəbul olunan ilk akkreditasiya agentliyidir. Buxa0 agentliyin əsas prinsipi keyfiyyətin təkmilləşdirilməsi, təhsilin Avropa və Beynəlxalq standardlara uyğunluğunun təmin edilməsidir. Cari ilin 24-26 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq BA Proqramlarındaxa0 FİBAA -nın nümayəndə heyəti tərəfindən Beynəlxalq Akkreditasiya yoxlanılması keçirildi. Nümayəndə heyəti arasında Erfurt, Albştad –Ziqmaringen, Osnabrükxa0 kimi nüfuzlu universitetlərin professorları vardır.

Bu yoxlama zamanı proqramda tədrisin bütün strukturları, bütün tədris materialları, dərs vəsaitləri, kurikulumlar, sillabuslarxa0 və s. hərtərəfli yoxlanıldı. İnzibati heyət, professor-müəllim heyəti, tələbələrlə, məzunlarla görüşlər keçirildi, geniş müzakirələr aparıldı. Sonrasında davam edən prosedurlar nəticəsində BA Proqramlarında yuxarıda adları çəkilən 5 ixtisas akkreditasiya qazandı.xa0 Proqramın 20 illiyinə ən böyük hədiyyə olan bu uğur ən yeni tədris metodologiyaları, texniki vəsaitlər, ingilis dilində yüksək səviyyəli təhsilə əsaslananxa0 xa0BA Proqramlarının təhsil standartlarının Avropa və beynəlxalq standatlara uyğun olmasının ən aydın göstəricisidir. Və qeyd etməliyəm ki, akkreditasiyanı uğurla başa vurmağımızın ən əsas səbəblərindən biri də rektor, professorxa0 Mustafa Babanlının universitetdə kreativ mühitin formalaşmasına imkan yaratmasıdır.

- Tədris proqramları (kurikulumlar) hansı prinsiplər əsasında hazırlanıb?

- Proqramların kurikulumlarıxa0 Avropa standartlarına uyğun tərtib edilib. Onlar ixtisasların məqsədlərini kifayət qədər əks etdirir, fənnlərin məzmunu düzgün balanslaşdırılıb, məntiqli və bir biri ilə əlaqəlidir və nəzərdə tutulan öyrənmə nəticələrinə yönəldilib. Seçmə fənnlər tələbələrə fərdi maraqlarına uyğun əlavə bilik və bacarıqları əldə etmələrinə imkan yaradır.

Proqramların beynəlmiləl yönümlü struktura malik olması kurikulumlara daxil edilmiş hər bir fənnin modulunda aydın nəzərə çarpır.xa0

Modullar və sillabuslar hər bir fənnin təsvirini, nəzərdə tutulan öyrənmə nəticələrini, prirekvizitləri, tədris metodlarını, əsas və əlavə oxu materiallarını, yeni tədris texnologiyalarını, simulyasiyalarıxa0 və tədrisin strukturununa və məzmununa dair məlumatların ətraflı təsvirini verir.

- Tədrisin keyfiyyəti necə ölçülür?xa0 Müəllimlər və proqram necə qiymətləndirilir?

- Hər semestrin sonunda həm müəllimləri, həm proqramı hərtərəfli dəyərləndirmək üçünxa0 gizlixa0 “Evaluation” (qiymətləndirmə) keçirilir. Tələbələrə təhsilin keyfiyyətini ölçmək üçün xüsusi suallardan ibarət olanxa0 blanklar təqdim olunur və onlar həmin blankları anonim şəkildə dolduraraq təhvil verirlər. Qeyd etmək istərdim ki, “Evaluation”xa0 BA Proqramları tərəfindən qəbul olunmuş ən əsas keyfiyyət göstəricisidir və onun nəticələrinə ciddi şəkildə əməl olunur. Bundan başqa Proqram tərəfindən təşkil olunmuşxa0 komissiya vaxtaşırı açıq dərslərdə iştirak edir, irad və təkliflərini Proqram rəhbərliyinə bildirirlər. Bütün qiymətləndirmələrin nəticələrinə Proqram Şurasında baxılır və qərarlar səs çoxluğu ilə qəbul olunur. Qeyd etməliyəm ki, bu semestr “Evaluation” nəticələrinə görə, Proqram Şurasının qərarı ilə 2 müəllim dərslərdən kənarlaşdırılmış, bir neçəsinə isə xəbərdarlıq edilib.

- Tələbələrinizin bilik və bacarığı FİBAA nümayəndə heyəti tərəfindən necə qiymətləndirildi?

- Ümumiyyətlə, qazandığımız bütün uğurlar arasında bizi ən çox sevindirən tələbələrimizin uğurlarıdır. Boloniya sisteminin tətbiqi nəticəsində artıq çox sayda tələbələrimiz xaricdə təhsil alır, müxtəlif elmi konfranslarda iştirak edir, yarışlarda yüksək uğurlar qazanırlar.

Yuxarıda qeyd etdiyim kimi, FİBAA nümayəndə heyətixa0 tələbələrlə və məzunlarla görüşlər keçirdi, onların ümumi bilik və bacarığını,intellektual səviyyələrini, dilbilmə qabiliyyətlərini yüksək qiymətləndirdi.

- BA Proqramlarında mövcud olanxa0 Avropa və beynəlxalq səviyyəli etik standartları necə əldə etmisiniz?

- BA Proqramlarını Azərbaycan təhsil sistemində fərqləndirən xarakterik xüsusiyyəti məhz etik normaların Avropa və beynəlxalq səviyyədə qorunmasıdır. Proqramda bu mühit illərdir, qorunur. Biz bunun üçün xüsusi səy göstərmirik. Yəni Bu artıq Proqramın üzərinə oturmuş bir xüsusiyyətidir. Tələbələrimiz də, müəllimlər də artıq bu mühitdə yetişıblər. Mən inanmıram ki, bizim tələbələr Proqramı bitirdikdən sonra hansısa başqa mühitdə o normaları pozsunlar. Belə fikirləşırəm ki, bizim FİBAA tərəfindən akkreditasiya əldə etməyimizin ən əsas səbəblərindən biri budur.

- Hər bir universitetin əsas göstəricisi onun kitabxanasıdır. Kitabxananız beynəlxalq standartlara cavab verirmi?

- Proqramın zəngin kitabxanası var. Elə kurslar var ki, onların tədrisi 20-25 dərs kitabı əsaında keçirilir. Kitabxananın açılış saatlari həm tələbə, həm də müəllimlər üçün məqbuldur. Rəqəmsalxa0 kitabxanaya giriş (məsələn, elektron kitabxana, verilənlər bazası) təmin edilir. BA Proqramlarının kitabxanasında tədqiqatlarxa0 üçün tələb olunan ədəbiyyatlar mövcuddur. Proqram yerli kitabxanada kitab çeşidini daima yeniləyir.

- BA Proqramlarının elmi istiqamətində hansı nailiyyətləri var?

- BAxa0 Proqramlarının elm yönümlü təhsil müəssisəsi olması yenə də onun xarakterik xüsusiyyətidir. Proqram heyətinin vaxtaşırı müxtəlif nəşriyyatlarda (məs. Science Ctation İndex-də indeksli nəşrlər) kitabları və məqalələri nəşr olunur.

- Hansı tədris texnologiyalarından istifadə edilir? Dərslər hansı mərhələlərdən ibarətdir?

- Bildiyiniz kimi, bütün dünyada iki tədris texnologiyası vardır: tələbəyönümlü tədris texnologiyası və müəllimyönümlü tədris texnologiyası. Bizim Proqramda məhz tələbəyönülü tədris texnologiyasından istifadə edilir.

Dərslərdə tələbələr qruplara, komandalara bölünür, müxtəlif tapşırıqları birgə yerinə yetirirlər. Dərslərdə praktik hissələrin olması vacibdir.Kompyuter simulyasiyasına geniş əhəmiyyət verilir.

- Tədris yalnız ingilis dilində aparılır?

- BA Proqramları tədris tamamilə ingilis dilindədir. İngilis dilində tədris tələbələrə müxtəlif mübadilə proqramlarında iştirak etməyə, xaricdə təhsil almağa, geniş ədəbiyyatlardan istifadə etmələrinə və s. imkanlar yaradır. 90-a yaxın müəllim əsas xarici universitetlərdə təhsil almışdır. Həmçinin, ingilis dilində dərslərin keyfiyyətini yüksəltmək məqsədilə 30-da çox müəllim xarici universitetlərə təcrübə üçün göndərilmişdir. Bir çox müəllimlər ABŞ-da staj keçmiş və sertifikat almışlar. Proqrama mütəmadi olaraq xarici universitetlərdən müəllimlər və “guest lecturer”lər dəvət olunurlar.

- PhD səviyyəsi haqqında məlumat verməyinizi istərdik.

- PhD Proqramı Proqram Corcia Dövlət Universitetixa0 J. Mak Robinson Kolleci (Atlanta, ABŞ) ilə birgə əməkdaşlıq əsasında hazırlanıb.xa0 PhD Proqramının məqsədi tələbələrin elmi araşdırmalar və tədqiqatların aparılması üçün zəruri bacarıqlarının inkişaf etdirilməsi və onlara lazımi biliklərin verilməsi sahəsində nəzəri baza ilə təmin edir. Kredit sistemi ilə təhsil alan tələbələr yalnız nəzəri biliklər deyil, eyni zamandaxa0 elmi-tədqiqat və tədris sahəsində öz karyeralarının uğurlu davamı üçün də bacarıqlar əldə edəcəklər.xa0 xa0Məzunlar yeni bilik yaratmaq məqsədilə müasir tədqiqatxa0 metodlarını tətbiq edəxa0 və mövcud problemlər üzərində nəzarəti yaxşılaşdırmaq üçün müasir elmi standartlar ilə yanaşı, digərlərinin təhsili üçün ən yaxşı mövcud tədris metodlarından istifadə edə bilirlər. Proqramın bir hissəsi kimi əldə edilən təhsil, doktorantlara gələcək professional inkişaf üzrə uğur qazanmaları üçün möhkəm təməl olacaq və onlara nəzəri və praktiki biliklərini sintez etmələrinə imkan verir. Ziqen Universiteti ilə ADNSU arasındakı müqaviləyə əsasən məzunlara Ziqen Universitetinin qoşma diplomu verilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO