Fərid Əlizadə:  “Mən Alpaquta xəyanət edə bilmərəm”

Fərid Əlizadə: “Mən Alpaquta xəyanət edə bilmərəm”

Hazırda oxunan: Fərid Əlizadə: “Mən Alpaquta xəyanət edə bilmərəm”

214733
Türk dünyasının keçmişdən bü günə qədər yaşayan idman mədəniyyətinin inkişafı və yaddan çıxmış türk idman oyunlarını yenidən bərpa və inkişaf etdirmək məqsədilə Beynəlxalq Turan Oyunları Komitəsi yaranıb. Bu məqsədlə müsahibimiz təşkilatın Prezidenti Fərid Əlizadədir.

- Fərid bəy xoş gördük. Adı çox ağır olan bir işə start verilir və siz bu təşkilatın prezidenti seçilmisiniz. Bu təşkilat hansı işləri görəcək?

- Xoş gününüz olsun. İlk öncə qeyd etmək gərəkir ki, biz artıq Alpaqut Turan Döyüş Sənətini dünyadaxa0 uğurla inkişaf etdirməklə öz işimizi təsdiq etmişik. Bəli bu iş ağır bir işdir. Amma şərəfli bir işdir. Məqsədimiz Türk soylu xalqların idman oyunlarını bir çatı altında birləşdirərək Olimpia oyunları formatında idman oyunları təşkil etməkdir. Əlbətdə bəlkədə bu bəziləri üçün gülünc səslənə bilər. Ancaq nəzərə alsaq ki, Alpaqut yeni yarananda da ona gülən çox idi. Ancaq bu gün öz sözünü layiqincə deməkdədir.

- Yeri gəlmişkən, Alpaqutdan söz düşdü. Bu komitəyə rəhbər gəldiniz. Alpaqut necə oldu bəs? Ordan uzaqlaşdınızmı?

- Əsla. Bu qeyri-mümkündür. Mən Alpaquta xəyanət edə bilmərəm. Bir insan təsisçisi olduğu, kökündən başladığı bir işə qarşı qayğısız yanaşaraq oradan necə uzaqlaşa bilər? Bundan əlavə, axı Alpaqut bizim milli idman növümüzdür. Biz illərdir onun inkişafı üçün zəhmət vermişik. Nəyə görə? Milli mədəniyyətimizə az ya çox xidmətimiz dəysin deyə. Mən bundan ilk öncə Dünya Alpaqut Federasiyasının Prezidenti idim. Görəvimdən istefa verdim. Amma Alpaqutdan getmədim. Sonra məni Fəxri Prezident seçdilər. Bugünkü gün bu adı da təhvil verdim, lakin Dünya Alpagut Federasiyasının İdarə Heyətinin üzvü kimi orada görəvdəyəm. Hətta İH üzvlüyündən də gələcəkdə tərk etsəm, yənə də sıravi bir Alpaqut üzvü kimi qalmaqda olacağam. Bir şeyi qeyd etməliyəm ki, milli işdə şəxsi maraq güdməzlər. O kəslər ki, öz şəxsi maraqlarını milli maraqlardan üstün tuturlar həmin kəslərin vətənə və millətə xəyanət edənlərdən fərqi yoxdur. Bilirsiniz ki, Alpaqut Turan Döyüş Sənətinin qurucusu Kutsan Vasif Namazovdur. O, gələnəkləri qədim dədə-babalarımızın hərb sənətinə dayanan bu idman növünü geri qaytararaq bərpa etdi və müasir bir biçimdə bizlərə, millətimizə hədiyyə etdi. Bunu bugün Vasif Namazov etdi, lakin o bunu etməsə idi bəlkə sabah başqa birisi bu işi görəcəkdi. Deməyim odur ki, bu şəxsi maraqlar çərçivəsindən çıxmışdır. Bu günə qədər o Alpaqut Federasiyasında görəvdə olmayıb amma, burada ondan çox iş görəndə olmayıb. Mən fəxr ediəm ki, belə bir vətən oğlu ilə, sözünə düz, əməlinə düz insanla dostluq edirəm. Mən vəzifə daşısam da, daşımasam da həmişə Alpaqutda olacam və varam. Yəqinki, arif adamlar nə demək istədiyimi anlayar.

- Fərid bəy, gördüyünüz bu işlərə dövlət dəstəyi varmı?

- İlk öncə qeyd edim ki, dövlət dəstəyi olmadan görülən işin nəticəsinə güvən olmaz. Cənab Prezidentimiz İlham Əliyevin idmana olan marağını hər birimiz mükəmməl bilirik. Məhz bunun nəticəsidir ki, bugün Azərbaycan idmançıları dünya çapında tanınmağa başlamış və dünyanın Azərbaycanda keçirilən beynəlxalq yarışlara marağı artmışdır. Hətta bəzi ölkələr bizdən yenilikləri nümunə götürərək özlərində tətbiq etməkdədirlər. Burada bir məqam da var ki, milli insanların da sayı az olmamalıdır. Odur ki, biz bir-birimizə əl tutduğumuz üçün, bir-birimizə milli maraqlarımızın qorunmasında dəstək verdiyimiz üçün və üstəlik dövlət də bu işə həmişəki kimi öz böyük dəstəyini əsirgəmədiyi üçün möhtəşəm işlər ortaya qoymaqda davam edirik və bunu birgə edəcəyik!

Məlumdur ki, BTOK və DAF ictimai təşkilatlardır. Burada hər çətinliyin öhtəsindən özümüz gəlməliyik. Bəzi məsələlərdə dövlətə yük olmamaq üçün həmişə özümüz öz büdcəmizi formalaşdırmışıq. Düşünürəm ki, bir ictimai təşkilatın fəaliyyət göstərməsi və inkişaf etməsi üçün dövlətimiz çox səmərəli qanunvericilik bazası hazırlayıb. Sadəcə bəzi insanlar ictimai təşkilatları müxtəlif məqsədlərə görə istifadə etdiklərindən işin keyfiyyəti qalır kənarda.

- Yeni qurulan təşkilat öz formatını necə quracaq?

- Biz türksoylu ölkələrdə qurulan milli idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində fəaliyyətimizi quracayıq. Əsas işimiz Turan Oyunları çərçivəsində onları bir araya gətirmək və daha səmərəli işlər görməkdir. Bu eyni zamanda bizim mənəvi bağlarımızı möhkəmləndirəcək. Məqsəd, hər birimizin birgə əməyi ilə beynəlxalq arenada Azərbaycanın və Türk dünyasının adını yüksəltməkdir.

- Bizə bildirəcəyiniz başqa bir sözünüz varmı?

- Sizin kimi dəyərli KİV nümayəndəlikləri vasitəsi ilə və ya başqa dəstəkçilərimiz tərəfindən səsimizi dünyaya duyurduğunuz üçün hər birinizə sayğı duyur və dərindən təşəkkür edirik və Sizlərlə fəxr edirik!

xa0
Müsahibəni aldı: Etibar Toğrul
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO