Mahir qaboy ustası, Xalq artisti Kamil Cəlilov uzun müddətdir ki, mediada, televiziya proqramlarında görünmür. Özünün də dediyi kimi, istər keçmişdən, istər gələcəkdən danışmaq istədikləri, bildikləri, xatirələri çoxdur. Təbii ki, onların hamısını bir müsahibəyə yerləşdirmək olmaz. Amma yenə də nəyəsə cəhd etdik.xa0
Beləliklə, Moderator.az xarici musiqi aləti olan qaboyda ilk dəfə muğam ifa etməklə yeni tərzin əsasını qoyan sənətkarla geniş müsahibəni təqdim edir. Hələ sualı səsləndirməmişdən özü maraqlı bir məqama toxunur:
-Təzə-təzə qaboyda ifa etməyə başlayanda mənim üçün çox ayaq döydülər. Dedilər, bu bizim alət deyil. Bunda ifa etmək olmaz. Sonradan hamı qulağıma gəlib çatdı. Amma mən muğamları da ifa etdim, bəstəkar musiqilərini də, klassik dünya simfoniyalarını da... Əvvəllər çox əziyyət çəkdim. Amma iradəli, prinsipial insan olduğum üçün dayandım. Hamısına sübut etdim.
-Kamil müəllim, söhbətə fərqli məcradan başlamalı olduq. Deyəsən, vaxtikən sizə mane olmaq istəyənlər çox olub...
-Bizim xalqda elə şeylər, yəni paxıllıq yoxdu, sadəcə, bəzi adamlar var ki, onlar kiminsə yeni, orijinal nəsə etdiyini görəndə qəbul edə bilmirlər. Ağız büzürlər, “bu nədi, bizim alət deyil”x9d, deyirlər. Amma mən çoxlarına sübut etdim ki, nəinki Azərbaycan bəstəkarlarının əsərlərini, hətta muğamlarımızı da qaboyda ifa edə bilərəm. Azərbaycan musiqisi o qədər genişdir ki, onu hər xalqın musiqi alətində ifa etmək olar. Mən Moskvada dirijor Nikolay Nekrasovun xa0rəhbərlik etdiyi məşhur orkestrlə hələ sovet vaxtında cəngini ifa etmişəm. Bütün dünya klassiklərinin də əsərlərini səsləndirmişəm. Vallarım, video yazılarım-hamısı var. Çox prinsipial adamam. Mənə azacıq təzyiqlər olanda bu, xeyrimə işləyir. Çünki təzyiqlər olunca öz üzərimdə daha çox işləyirdim. Gecə-gündüz yatmayıb, axtarışlar edirdim.
-Kamil müəllim, bir neçə dəfə bu yolda çox əziyyətlər gördüyünüzü dediniz. Qaboy sizə nə kimi əziyyətləri yaşadıb?
-Oğlum, qaboy başqa alətlər kimi deyil, çox mürəkkəbdi. O klarnet, balaban, qara zurna deyil, tar-kamança deyil, qaboy tam fərqli alətdi. Dediyim alətlərdə müəllimin bir neçə dərsindən sonra tələbənin ürəyi, musiqi duyumu varsa, ən əsası Allah ona istedad veribsə, xa0o, öz üzərində işləyib nə zamansa yaxşı ifa edir. xa0Qaboyda isə gərək, daha çox əziyyət çəkəsən. Mən də bu aləti seçdim. 13-14 yaşımdan ta bugünə qədər də mənimlədir. Uşaqlığım əziyyət içində keçib. Atam 1945-ci ildə müharibədən şikəst qayıtdı. Heç bir ayağı işləmirdi. Həmçinin, müharibədən qalma başqa problemləri də var idi. Amma bu halı ilə belə yenə də xa0mənə imkan vermirdi ki, evdə işləyim. O vaxt qammaları, notları öyrənmək üçün evdə məşq edərdim. Deyərdi, ay bala, bu nə alətdi, gedib haradan tapdım onu? Atam gəzə bilmirdi, onu bəzən, qucağımda gəzdirmişəm. Dövlət ona əlillər üçün xüsusi üççarxlı “kolyaska”x9d vermişdi. Onunla hərəkət edərdi. Bu səbəbdən bütün günü evdə olardı. Mənə də xa0imkan verməzdi ki, qaboyda nəsə öyrənim. “Mən xəstə adamam, başıma düşür”x9d, deyərdi. Dediyim odur ki, bu çətinliklərlə bərabər, aləti yerə qoymadım. Allah-talla elə bil mənə bildirdi ki, bu sənindi, onu sən yaşatmalısan.xa0
- Şəxsi fikrimdir, xa0qaboyda yalnız sizin adınız bilinir. Bu alətin mürrəkkəbliyi səbəbindəndir? Nə yaxşı öz metodunuzu, ifa tərzinizi kiməsə öyrətmirsiniz?
-Tələbələrim də olub, simfonik orkestrdə çalıblar. Amma yalnız notla səsləndirə bilirlər, özü də ancaq dünya bəstəkarlarının simfonik əsərlərini... Bircə dənə Azərbaycan bəstəkarının əsərini ifa etmirlər. Hələ muğamı demirəm. xa0Amma xa0Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Arif Məlikov və başqalarının əsərlərini mən səsləndirmişəm. Onlar indi də “Qızıl fond”x9dda qalır. Məndən əvvəl də qaboy çalan olub, indi də var, məndən sonra da olacaq. Amma mənim yol-yolağam fərqlidir. Bir neçə nəfərə dedim ki, ay bala, gəl, öz ifa etdiyim muğamları sənə də öyrədim. Öz ifa özəlliyimdən bəzi sirləri sənə də deyim. Amma heç biri istəmədi. Onlarınki ancaq nota baxıb ifa etməkdir.
-Maraqlı yerə gəldik: siz qaboy alətindəki hansı yeniliklər etdiniz? Onu simfonik orkestrdən çıxarıb, “muğam alətinə”x9d necə çevirə bildiniz?
-Vaxt olub ki, bu sənəti tərk etmək, alətdən uzaqlaşmaq istəmişəm. Amma Allah mənə imkan verməyib ki, sənətdən gedəm. Allah bunu mənə bəxş edib. Bəxş edib ki, bu işi həyata keçirəm, Azərbaycan musiqilərini, muğamlarını qaboyda dilləndirəm. Cəsarətlə deyirəm, bunu elə mən də bacardım!
Bununla belə klassik musiqini də ifa edirdim. Hamı təəccüblənirdi. Deyirdilər ki, necə olur ki, sən həm muğam, milli musiqi, həm də çətin partiyaları, klassik əsərləri ifa edirsən? Bu sualın cavabını özüm də bilmirdim. Nazim Rzayevin orkestri ilə Qara Qarayevin bir simfonik muğamı səsləndirdik. Mən orada birinci qaboyçalan idim. Çətin partiyalarla bərabər, “Segah”x9d, “Zəminxarə”x9d, “Bayatı-kürd”x9d, “Şur”x9d , “Çahargah”x9d kimi muğamları da səsləndirmişəm. 1965-ci ildə Əhməd Bakıxanovun ansamblı ilə “Bayatı-kürdü”x9d yazdıq. Bu gün də “Qızıl fond”x9dda var. Ən çox mənə Moskvada heyrət edirdilər. Deyirdilər ki, bildiyimiz qaboyda fərqli musiqiləri necə səsləndirmək olardı. İnanın, onlara cavab verə bilmirdim.xa0
-Kamil müəllim, necə olurdu ki, Qərb aləti olan qaboyda misal üçün, “Zəminxarə”x9dnin notlarını tapırdız?
-Hərdən elə olur ki, gecə saat üçdə, dörddə, yuxuda ikən xa0musiqi mənə vəhy kimi gəlirdi. İfamdakı bəzi xırdalıqları, əlavələri həmin “vəhy”x9dlərə borcluyam. Əvvəllər də balaca bir maqentafonum var idi. xa0Özümdə yaratdığım musiqini, kəşf etdiyim xırdalıqları səsləndirib, həmin maqentafona köçürürdüm. Sonra başlayırdım onların üstündə işləməyə. Bu çox çətin prosesdir. Məsələn, görsəm ki, mənim ifamda hansısa xal başqasına məxsusdu, onun ifasını xatırladır, o saat həmin hissəni rədd edirəm. Çünki o mənim deyil. Mən öz musiqimdə özüm olmalıyam. Hər zaman bu cür olmuşam, bu cür də olacağam. İkinci Kamil Cililov olmayacaq. Mənim “Zəminxarə”x9dmi, “Bayatı-kürd”x9dümü, “Segah”x9dımı kim ifa edə bilər?! Həmçinin, mən də başqasını təkrar edə bilmərəm. Hər adam gərək özü olsun. xa0Ulu Öndər Heydər Əliyevə həsr etdiyim “Azərbaycan təranələri”x9dni dörd ilə hazrılamışam. Çoxları elə bilir ki, bu asan işdi. Çıxdın, “Tərəkəmə”x9d çaldın, qurtardı. Xeyr, bunun çox dərin incəlikləri var. xa0
-Maraqlıdır, yuxarıda dediyiniz paxılları bir kənara qoyaq, bəs, böyük musiqiçilər bunu necə qarşılayırdılar?
-Maestro Niyazi mənim ifama çox vurğun idi. Həm özü dinləmişdi, həm də başqa yoldaşlardan haqqımda eşitmişdi. Bir gün Filarmoniyaya gedəsi idim. Gördüm, Maestro Niyazi orada dayanıb, maşın gözləyir- bir qara maşın var idi ki, xa0hər dəfə gəlib onu evinə aparırdı- məni görən kimi çağırdı. Barmağı ilə içarə etdi: “Cəlilov, yaxına gəl”x9d. Gəlib onunla və yoldaşlarla görüşdüm. Hələ təzə-təzə başladığım vaxtlar idi. Dedi, yenə qaboyda muğam çalırsan. Dedim, bəli. Sual verdi ki, axı sən bunu necə bacarırsan?! Necə olur ki, “Zəminxarə”x9ddən həmən sonra Motsarta keçirsən. Dedim, bilmirəm. Onda oradakı yoldaşlara tərəd dönərək dedi: “Cəlilovun sadəliyi kövrəlkliyi onun çalığılarında da öz əksini tapır. Kamil o qədər sadədir ki, özü də bilmir onda nə cür böyüklük var. Bu böyüklükdən xəbərsiz olduğuna görə sənət zirvəsinə yüksələ bilib”x9d.xa0
-Doğrudanmı, musiqiçinin ifası onun daxili aləminin güzgüsüdür?xa0
-Mən uşaq kimi sadə, saf bir adamam. Həkimlərim çoxdu. Həm onlarla, həm başqa dostlarla, lap elə tanımadığım, ilk dəfə rastlaşdığım biri ilə görüşəndə deyirlər ki, Kamil müəllim, siz dahi sənətkarsız. Deyirəm, dahi-zad deyiləm. Mən öz işimi görürəm. Mənim yanımda toyuq başı da kəssələr, imkan vermərəm. Hacc ziyarətində də olmuşam. Sən bilsən, orada necə möcüzə yaşadım?! Kəbənin ətrafında yeddi dəfə fırlanmaq lazımdır. Yəqin, xa0bilirsən, orada o qədər adam var ki, gərək qarışqa addımları ilə yeriyəsən. Çox tündlük idi. Milyonlarla insan eyni anda Kəbənin ətrafında dövr edir. Ürəyim çox sıxıldı. Gördüm boğuluram, üzümü göyə tutub, Allaha yalvardım. Desəm, inanmazsan, o elə vaxt, göydən üz-gözümə 5-6 damcı su töküldü. Təsəvvür elə, milyonlarla admaın içində ancaq mənim... Özümə gəldim, sərinlədim, Allaha şükür etdim.xa0
(ardı var)
Elmin Nuri






























































































