"Saxlaya bilsəydi 18 milyard sərvəti olan Ərəb Şeyxinin oğlunu saxlardı" - VİDEO

Hazırda oxunan: "Saxlaya bilsəydi 18 milyard sərvəti olan Ərəb Şeyxinin oğlunu saxlardı" - VİDEO

139265
AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyevanın müsahibəsini və ədliyyə naziri Fikrət Məmmədova müraciətini təqdim edirik:

- Məhkəmələrdən narazısınız... “Balaca kənddə”x9d bu aydın görünür... Çox yazırsınız... Narazısınız? Orda etika necədir?

- Bəli!.. 4 ildir  yazıram.. Bəzi məhkəmə hakimlərinin ədalətsizliyindən, şərəfli hakim adını, onlara etibar edilmiş məsuliyyətli vəzifəni çox-çox nüfuzdan salmalarından  çox yazıram.Həqiqətən iki kitablıq material var məndə.Yaxın gələcəkdə məhkəmə etikası nəzəri, təcrübi və tətbiqi əsaslar kontekstində olacaq kitab. Bir də “Zalım”x9d adlı povestimimi yekunlaşdırmağı düşünürəm....

- Zalım..... maraqlı addı. Düşünürsüz ki, Orda da MNT ”“dəki kimidir vəziyyət?

- Qətiyyən. Belə düşünməyə  əsasım yoxdur.  Amma mən özüm və yaxın ailə üzvümlə bağlı İşlərə baxmış bir neçə hakimin qanunları pozmasından, hüququ taptalayan, İnsan haqqımızı ayaqlayan qərarlarından MƏSULİYYƏTLƏ ”“ faktlarla təsdiqlənəcək qədər narazıyam.Bu mənim dərdimə, dərin problemimə çevrilib. Mən ədaləti bərpa edə bilmirəm. Mən həqiqəti lazımi ünvana çatdırıb problemi çözə bilmirəm. Dəhşətə gəlirəm. Mən buna adət elməmişəm.”x9dZalım”x9da  gəlincə...  “Hakim”x9d olacaqdı adı.Ancaq Ali nəhkəmədə İlqar Xələfov adlı hakimin mənə münasbətindən sonra həqiqətən sağlamlığıma ciddi zərbə dəydi və Allahdan bu ad gəldi fikrimə....

- Yəni Siz haqsızlıqla heç qarşılaşmamısız? Yəni hər yerdə aydınlıqdı, məhkəmələrdə, dediyiniz kimi “SİZİN məhkəmələrdə”x9d qaranlıq?!

- Bəli! Mənim 53 yaşım var. Doğulandan bu ölkədə yaşayıram. İstəyir postsovet dövründə, istəyir indi mən heç bir sahədə neqativ hallarla qarşılaşmamışam. Bilmirəm üzümə baxıblar, səsimi dinləyiblər, ya rəngim (çox bəyaz dəriliyəm) dən çəkiniblər, xarizma bəlkə, bilmirəm, məndən heç kim rüşvət istəməyib, məni heç kim süründürməyib. Mənim də çoxları kimi haqqım taptanıb. Lap elə məhkəmələrdə. AMMA! Ədalət bərpa olunub. Bərpa olunmadıqda, hakim, hətta məhkəmə sədri işdən qovulub.Hələ böyük Yaradanın cəzalarını demirəm. Çünki onlar onunla mənim aramdakı dialoqun işarələrdir...  Təskinlik tapmışam ki, qanun ŞAHDIR!!!

- İndi qanun şah deyil?..

- 4 ildir çalışıram ki, QANUN  ŞAH  olsun... Keçək konkret dəlillərə..
2011-ci ildə mənim qardaşım oğlu avtoqəzaya uğrayıb. Onun mersedes maşının  Maştağada dar yolların birində sağdan vuran “Sərham”x9d MMC-yə məxsus Niva maşını hərəkət edərsə bizim maşının üstünə çıxıb daha ağır qəza törədəcəyini görüb qaçırdıb sağ tərəfə və orada bir obyektin səkisinə çırpıb. Bizim maşında da, onun maşınında da adam olub. Yəni 4 nəfərdən yalnız o, 44 yaşlı Niva sürücüsü bərk əzilib. Bizimkilərin burnu da qanamayıb. Onun yanındakı da 1-ci gün xəstəxanadan buraxılıb. Tək süürücü 19 gün sonra ağ ciyərinin üzərində ki, xərçəng xassəli köpürcüklərin sulanaraq tikişlərin bitişməsinə mane olma səbəbindən vəfat edib. Cinayət materialında Tibbi ekspertiza rəyində SON KLİNİK DİAQNOZ hissəsində açıq yazılıb ki, xəstədə sağ və sol ciyərlərin kistoz-distorik dəyişikliyi və travmatik partlaması, ikitərəfli pnevmatoraks olub.  Yəni əgər bu əlamətlər olmasaydı heç o da vəfat etməzdi. Bir də əcəl var, alın yazısı var... Ömrü verən də, alan da Allahdır. Saxlaya bilsəydi 18 milyard sərvəti olan Ərəb Şeyxinin oğlunu saxlardı...   

- Nəqliyyat hadisəsi ehtiyatsızlıqdan olan cinayətdir.

- Əlbəttə. Amma məsələ burasındadır ki, gündə neçə belə hadisə olur. Adam heç kəsə toxunmadan aşırır maşınını. Ailələr məhv olub, bəy-gəlin toydan çıxıb faciəli qəza baş verib. Ata övladını vurub. Bu avariyalar necə şirin, cavan canlar alıb... Heç kim sığortalanmayıb bu avariyalardan. 
      
Elə lap bu yaxınlarda Tərtər hərbi məhkəməsinin hakiminin yeganə oğlunu vurub maçın. Mən ağladım... Yazıq gənci səkinin üstünə çıxaraq zülmlə məhv edib ... Murad heç kimi heç düz yoldada vurmayıb. Avtoqəza texniki əsaslara SÖYKƏNİR. Protokolda texnki əsas sübut edilərək Murada düzgün RƏY və Qərar verilmişdi. Zavod öz maşınını geri almaq üçün 1 il sonra 1-cə günə dəyişdirib bu düzgün qərarı.Arqumentə baxın...Müstəntiq diktə edib ölənin yanında oturmuş mühəndisə.Uşaq deyildi ki...Qol çəkməyəydi. Bəs 1-cə günə bu ölkədə bir digər vətəndaşın düzgün Qərarı dəyişib heç?Ümumiyyətlə camaat aylarla, illərlə sürünür... Nə oldu 1-cə günə Qərar ləğv edildi . Heç işi istəmədən... Qanunun pozulmasından başqa Günah edilib bizə! 
        
Təsəvvür edin. Yenidən gizlicə istintaq aparılıb. Bizdən xəbərsiz. Lapdan Sabunçu məhkəməsinə birbaşa iclasa çağırdılar Muradı. Düz Novruz bayramının axşamı. Planlı idi hər şey, Məqsədli olaraq onu türməyə salmaq istəyirdilər. Bildiriş də yollamamışdılar. Mən dedim, zəhmət çəkin hələ bildiriş yollayın.. Məcbur qalıb 1 həftə bayramın bitməsini gözlədilər. Biz də əvvəl məşhur hüquqşünas Aslan İsmayılovu tapdıq, onun məsləhəti ilə nəqliyyat üzrə ölkədə peşəkar sayılan Əli Hüseynovla müqavilə bağladıq. Məhkəmə iclasları başlandı.  Baxın, Qəza baş verdiyini görüb Təcili yardıma zəng edən əsl şahid, Muradın yanında olmuş qardaşı-əsl şahid, 2 təcili yardım maşınının 6 işçisi, deməli 8 əsl şahid qala-qala və biz onların ifadəsinin dinlənməsini tələb etsək belə məhkəmə 1 il sonra Zovodun tapdığı 2 saxta şahidin ifadəsinə əsaslanıb günahsız gəncə, maşını sağdan vurulmuş adama ”“kasıb oğlu kasıb MURADA 4 il iş və 18 ay sürücülük hüququndan məhrum etmə cəzası verdi. 

- Şahidlər əsas nə göstərilib?

- Yalançı şahidlər dedilər ki biz yolla keçrdik.Qəza oldu.Qaçıb gəib yaralını çıxardıq. .. Bunlar qohumlardırlar.Bir-birini tanıyıb yolu bərabər getməyiblər və çıxarıb yollarına düzəlib gediblər evlərinə.baxın təcili yardım Arayışında yazıb ki. 1 dəqiqəyə gəlmişik çıxarmışıq.Onların çx ciddi əsasları da var.Belə  ki xəstələrə yardım edib xəstəxanaya yerləşdiriblər. O prosesdəki dəqiqələr protokkolla və xəstəxanadakı “zapislə”x9d üst-üstə düşür. Yalançı şahidlər üçpün müstəntiq öz əl xətti ilə ifadələr yazıb.Kseris dəqqliyi ilə eyni olan ifadələrdə hər ikisi hadisə vaxtı zərər çəkmiş obyektlərin sağ-solu düz yazılmayıb.Hakim buna da göz yumdu...

- Harda imiş onlar? Necə çıxıblar bəs ortaya?

- Biri Elxan Qoşqari adlı Zavodun mühəndisinin qapı qonşusu,o biri də onun qohumu imiş. Amma o, 6 ay sonra müstəntiqə ifadə verdikdə belə onlar barədə məlumat verməyib. Deməli ona məlum deyilmiş ki, ağlı başında ola-ola bu yaxın, qapı-qonşuları, dostları onları əzilmiş maşından çıxarıblar!!! Bu boyda yalan olar?!  Ã–zünüz deyin Mersedes Nivanı arxadan vurarsa onun buferi, Mersedesin qarşısındakı setka lövhə sınmalı, heç olması əzilməli idi ya yox? Hər iki sappasağlam. İkincisi mersedes Nivadan yastı maşındı, girməli idi Nivanın içərisinə ya yox? Bəs bu nə olan işdi, Mersedes Nivanı arxadan vurub. Harası ilə?! Tələb etdik qiymət verin, SAYMADI  HAKİM, eləcə də Prokuror. Və... 

- Murad həbs edildi?

- “İçəri”x9data bilmədilər. Amma 4 il həbs, 18 ay sürücülük hüququndan məhrum etmə cəzası verdilər. 

- Sonrakı məhkəmələrdə də Hökm dəyişdirilmədi?

- Çox acı... Çox-çox acı... Rizvan Səfərov hazırlıq iclası üçün bizə bildiriş göndərmədi. Heç qərarını da yollamadı. İclasa çağırdı.Gəldik bildik ki, bizsiz, cavabdehlərlə hazırlıq keçirib və Vəsadətlərimiz vardı ki, Sabunçuda baxılmamışdı, hətta Muradın yanında olmuş qardaşı belə dindirilməmişdi, istəyirdik Apellyasiya məhkəməsində dindirilsin, digər vəsadətlərimiz üzrə təcili yardımı çağıran, həkimlər çağırılsın və həqiqət üzə çıxsın, ədalət bərpa olunsun, Murada bəraət verilsin, -- bunların qarşısı alınmaq üçün hazırlıq iclası bizsiz keçirildi və məhkəmə istintağı aparılmadan baxışa qərar qəbul edildi... Bundan sonra cəmi 23 dəqiqəlik bir məhkəmə, onda da Rizvan Səfərov iki dəfə zaldan çıxdı,deməli 17-15 dəqiqəyə vəkilimizin madafiə nitqini belə saya salmadan  bir gəncin taleyini qara yazdı!!! Unudulan deyil bu məhkəmə!

- Davamda da elə?

- Bəli! Hamıda olduğu kimi... Ali Məhkəmə də qüvvədə saxladı ədalətsizliyi, vicdansızlığı, Allahsızlığı! Xalq Şairi Qabilin misralarıdır: 
Lap o boyda, o yaşda Familim yada düşdü, 
 .....  Heç öz övladlarını göz önünə almadılar...

- Yazırsız hey 10-la İşinizin hamısı haqlı olduğunuz halda qarşı tərəfin xeyrinə nəticələnib.

- Bəli! Cinayət işi qurtardı. Çörək Zavodu mülki iddia qaldır. Bizdən 11400 tələb etdi. Hakim Anar Qasımov rəsmi alınma qiyməti 2500 manat olan və zavodun balansına 2176 manata oturmuş həmin maşın üçün bizə 7000 manat kəsdi. Sənədlər əlinin altında və bir qərardada imzası ilə yazılıb bu qiymətlər. Bu qanunlıa yalançı sahibkarlıq dəlilidir. Üstəlik Anar Qasımov bizə 7000 manatı kəsəndə o maşın artıq salınıb silinmişdi. Buna da qanunla saxta borc deyirlər. Satılıb-silinib ”“yoxdur mal ortada, satmaq sözü pul əldə edilməsini ifadə edir. Sığorta pulunu da alıblar. Necə 7000 min kəsə bilərsən belə halda? Bu cinayətidir. AMMA CƏZALANMADI  ANAR  QASIMOV! Yüz dəfə yazdım. Ədliyyə Naziri, MHŞ-sı sədri heç xəbərdar olmadı bu cinayət  və şikayətdən...

- Ödədiniz?

- Biz  Apellyasiya Şikayəti verdik. Əslində bu 2500 manat məsələsi  orda açıldı və hakim R.Qurbanov necə deyərlər, “saqqalımızdan soğan doğradı...”x9d yaxud “pambıqla baş kəsdi”x9d. 2500 manata alınmış 1 il bütün şəhərə çörək daşımış, Maştağada myaşadığı üçün hər gün o yolu ən azı iki dəfə sürmüş maşın üçün cəmi 100 manat sərfiyyat sildi və bizə 2400 borc kəsdi. Görəsən özü yağ içində bir maşın alsa, işinə sürsə və o hakim maşınını 3 ay sonra bazara çıxarsa 100 manat aşağı satar? Məntiq var, Niva maşını 2500 manata alınıb. Deməli pis gündə olub və 1 il çörək daşıyıb bütün şəhərə. 100 manat dəyərini itirib?! Baxın Bizə qarşı ədalətsizliyin, Allahsızlığın dərəcəsinə...
        
Biz İşə müəyyənlik üçün məhkəmə qarşıəsında İŞƏ yenidən baxılması iddiası qaldırdıq. Ya maşın bizə verilsin, alınma qiyməti 2500 manatı verək, ya da sığortası alınıb, satılıb metallomdan pul alınıb əvəzlənsin biz borclu sayılmayaq qarşı tərəfə.   Hakim Samir Əliyev  bu haqlı iddiamızı 2 dəfə rədd elədi. Yəni icraata almaqdan imtina elədi. Apellyasiya Şikayəti verdik. Hakim Vüqar Həsənov ləğv elədi onun qərardadını və İşin icraata alınıb baxılması üçün yenidən Sabunçu məhkəməsinə göndərdi. Bu dəfə hakim Ziya Şirinovda oldu İş.O icraata aldı.Amma Samir Əliyev onu işə baxmağa qoymadı, aldı ondan və təkrar rədd etdi. Yenə Apellyasiya Şikayəti verdik.Bu dəfə hakim Azad İmanov onun qərardaını ləğv etdi, İŞİ təkrar baxılmaq üçün Sabunçu məhkəməsinə yolladı. Bu 5-ci dəfə idi Samir Əliyevin baxışı. Mən ona əvvəldə Etiraz vemişdim. Qanunla 1 hakim iki dəfə eyni işə baxa bilməz. Amma bu və digər qanunlar bizim işlərdə qüvvəsiz olub. Əsas da Sabunçu məhkəməsində. Beləcə mən Etiraz verdim hakim Samçir Əliyevə. Elan etdi ki, Baxılmadan saxladım. “Çünki mən yazdığınız kimi nəticədən maraqlı deyiləm”x9d. Mən də çıxdım zaldan. Bütün tərkibə ərizə vermək üçün dəftərxanaya getdim.Fasiləyə yaxın idi. Sonra çıxıb getdim. 10 gün sonra Qətnamə gəldi evə. Məlum oldu ki, Samir Əliyev yenə rədd edib. Həm də qanunları taptalayaraq. Yenə Apellyasiya verdiik. Aygün Bayramova 13 yanvarda təxirə saldı.27 yanvarda mən də,qarşı tərəf də gəlməyib. Protokolda yazıb ki hər ikisinə iclasın yeri-vaxtı bildirilsə də gəlməyiblər.AMMA baxın Qətnaməsində isə yazıb ki, mən gəlmişəm, çıxış  edib, nələrsə demişəm... Bu qabnunları taptalamaqdan başqa saxtakarlıqdır.... İki tərəfin heç biri iştirak etmədən hansı qanunla baxıb işə.BAXMAYIB   HAQQINI alıb qətnamə imzalayıb. Bu bezobraziyadır. Kassasiya vermişik. Ümidim 0-dır Ali məhkəmənin düzgün qərar çıxaracağına.Lakin buqədər ədalətsizlik, haqsızlıq olmaz...

-Sizin özünüzlə bağlı da məhkəmə baxışları olub.

- Bəli bu işdən haçalanan İşlər olub.  Murada hökm oxunub qurtarıb nə hakim, nə prokuror çıxmır zaldan. Hakim söz verdi mənə. Ona dedim ki, (hökmü cümlə-cümlə oxumuşdu)Hökmdə zərərçəkənin rəsmi nigahdan iki uşağı olduğunu səsləndirdiz, bir uşaqdı rəsmi nigahdan. Çünki ZAQSları 2008-də olub. Oğlu 2005-də doğulub. Bunu demişdim ki, mərhumun arvadının qardaşı üstümə hücum çəkdi, söydü məni və s. onu bayıra çıxardılar, yenə qayıtdı.Hakim və prokuror getmir haaa... Mərhumun qardaşı gəldi dayandı Muradın düz yanında mənə dedi ki, hər yerdə yazırsan ki, Muradı övladım kimi böyütmüşəm, qardaşından olub?.. Qəsdən dedi ki, Murad affet hala düşüb onu vursun. O an anladım ki, hakim və prokuropr məqsədli olaraq çıxmırlar zaldan ki, Murad əl qaldırsın və İŞİNİ artırsınlar. Daha sonra qadın Muradı qarğışlamağa başladı. Məni söydü. Bizimlə gələn jurnalist qadın və yaxın adamlar Şahidlik etdilər və CƏZALARINI aldılar. Amma ölkənin eyni statuslu məhkəmləri və eyni mandatı daşıyan hakimləri mənə çatanda cüzi mənəvi ziyan kəsdilər. Məsələn rəhmətlik müğənni İlhamə xanım da bu ölkənin vətəndaşı idı, mən də. O müğənnidir, mən alim ona 1 adamdan 50 min kəsirlər, mənə 3 adamdan 9000 manat... İş icraya yönəlib. Mən maddi maraq kimi baçmıram bu məsələyə.  Muradda üçüncü şəxs kimi  mənəvi ziyan məsələsi qaldırdı. Gülməli! Çox əcaib.İki nəfərdən birinin Muradı sübuta yetdi, digərinin yox. Şahid ifadə verib.Hər ikisinin təhqir etdiyini deyib. Hələ 9 məhkəmə qərarı var.Necə yəni M.Əliyevanın təhqir etməsi sübuta yetmədi?! Baxın artıq görün neçə qərar, qarşı tərəfin xeyrinə ... Apellyasiya Məhkəməsində də qüvvədə qaldı bu gülməli və əsassız qətnamə. Ali məhkəmədə İlqar Xələfov çağırış yollamadı., mən dövlət rüsumu vermişəm.Nümayəndəyəm Murad iddiaçı biz yox, cavabdeh çağırıldı.İ.Xələfov məni həystımı itirə biləcəyim hala gətirdi.Bütün hakimlər qarşı tərəfə olub.Amma tək İ.Xələfov mənə Cavidlərimizin hakimləru kimi göründü.Çox qəddar oldu, çox. 
      
Murad iddia heç verməyəcəkdi. Zərərçəkən bizdənqidanın miqdarına görə 5-6 min adama guya verilmiş AŞ-Plov-Əhsan pulu istəməsəydi.1800 manat qara daşdan qəbir, dövlət xəstəxanasına guya verdiyi kooorupsiyanı istəməsəydi.

- Belə qanun maddəsi var? 

- Əlbəttə yoxdur. Bizdə dəfn xərci qanunu qar.Həm mülki məcəllədə, həm cinayət məcəlləsində. Dəfn xərclərinə ölünün yuyulub kəfənlənməsi, qəbrin qazılması və basdırılması aiddir. Bu xərcləri işçidirsə rəhmətə gedən iş yeri verir, işləmirsə icra nümayəndəliyi. Bu qadın isə Bizdən  fantastik dəfn xərcləri tələb edir. Bir dənə də sübut təqdim etməyib ərizənin əlavəsində.Amma iclas olmadan gizlicə çek verib hakimə... Yoxlatdırmaq lazımdı..Ümumiyyətlə kimin ölüsünün daşının çeki olub?  Hələ hakim iclas belə keçirmədən, onun ərizəsi olmadan belə İŞİ EKSPERTƏ yollayıb və məhkəmə baxışını dayandırıb.Deməli ekspertin rəyinə əsaslanmaq istəyir.Çox şükür ki, ekspertlər 2-c dəfə rəy vermədən İşi geri qaytardılar. 1-ci də hətta qəbrin üstündə ölənin atasının adının Əhməd yazıldığı əsas kimi göstərilib.Ərinə hörmət qoymasına baxın...Gedib qəbrin üstünü qazıb adı dəyişdirib iddiaçı. Yəni 5 ildi görmürdü Qasım  yazılmayıb səhdir...Halbu ki bütün Maştağa blir ki onun atasının adı Əhməddir.Elə mərhum təcili yardıma da son nəfəsində atasının adını Əhməd deyib.Üstəlik oğlunun adı da Əhməddir.Buyurun. deməli səhv tyazılmayıb ad.Amma dəyişdirdi iddiaçı.. .    Məhkəmənin tsiri böyükdür. Xüsusən Maraqlı sədr- İlqar Abbasovdur.

- Sədr? Hakimlər axı müstəqildirlər.

- ... Muradın mənəvi ziyan məsələsinin baxışına gəlmişdim. Nümayəndəsiyəm. Vəkil tutmağa pulumuz yoxdu axı... Sədrin katibi iclasın başlamasına 1-2 dəqiqə qalmış gəlib  məni çağırdı ki, İlqar müəllimin sözü var Sizə. Dedim hakim indi gəlir, bitsin gələrəm. 12.30-da idi məhkəmə. Görünür sədr fasiləyə çıxacaqdı.Ona görə katib təkrar gəldi ki, gözləyər hakim gəlin. Getdim.  Əhsan puluna baxacaq hakimlər -- Elşən Kazımov və maşın puluna baxacvaq Samir Əliyev içəridə idi.  Sədr mənimlə qılıqla salamlaşdı və ərklə dedi ki, Məsumənin iddiasının Ekspertə getməsi Qərardadindan Şikayət yazmısan, cır at, demisən ki, 2000 manat verərəm, Elşən də öz düşündüyünü əlavə edər. Çox qəzəbləndim. Dedim   mən kimə demişəm 2000 manat verərəm?.. ”“Budur hakimin müstəqil olmamağı! Budur İlqar Abbasovun bu işdə-Çörək zavoduna tərəf olması.Nə olsun mən etiraz etdimşKatibindən simvolik taxtasını alıb HAKİM  ÇƏKİCİNİ VURDU. Yəni Hökmü verildi o işin. Hanı hakim müstəqil idi? 

- Samir Əliyev elə-belə ordaydı?

- Yəqin ki, yox.Onda da maşın məsələsi İŞİ vardı. Vergilər nazirliyi Sərham MMC-də yoxlama aparanda mən Vergi nazirinə şikayət ünvanladım. Nazirliyə məni çağırıb dən izahat aldılar və yoxlama istiqamətində şikayətim əsasında onlardan izahat alıb ciddi yoxlama aparıb mənə geniral rütbəli vergi yüksək vəzifəlisi rəsmi məktublar yolladı.O məktublarda Açıq yazılıb ki, göstərdiyiniz fakytlar təsdiqini tapdı və onlar cəzalandırıldı... Daha nə yazmalıydılar? Deməli maşının saxra sənədləri üzə çıxıb. Yalançı sahibkarlıqları, saxta borc tələbləri üzə çıxıb... Bundan sonra onlar vergi nazirliyinin əməkdaşına deyiblər ki biz həmin 2400-ü istmirik və ona görə də məhkəmələrə gəlmirik. Doğrudan da 11400 manat istəmişdilər.7000 min manat kəsdi məhkəmə Apellyasiya vermədilər.4400 İTİRİRLƏR... Yəni  qənimətdir də..  2500-ə alıblar 1 il sürüblər 7000 əladır ... Biz verdik Apellyasiya şikayəti.Dediyim kimi 2400 kəsdilər YENƏ  RAZI  QALDILAR...HALBU Kİ YENƏ 4600 itirdilər .Vermədilər Kassasiya şikayəti... Niyə də?... Bilirdilər ki saxta borc  tələbi cinayətdir. Yalançı sahibkarlıq da cinayətdir... Fakt bizdən 2500 manata alınıb 1 il ağır yk daşımış maşın üçün 11400 istəmişdilər.. Bu nədir? Cinayət. Beləcə Samir Əliyevin baxdığı 5 məhkəməyə də gəlmədilər. Aygün Abdullayevanın 2 iclasına da gəlmədilər... İndiyə kimi icradan tələb eləməyiblər ki 2400””ü versin cavabdeh. Qanun da öz yerində Allahsızlıq ediblər.Yalançı şahid tutublar. Düzgün sənədi dəyişdiriblər. Bilirsiz hər il bir ağır İŞ  GƏLİR  başlarına. Vallah Allah görür bizləri... və inanıram ki, mən ta geri çəkildiyimdə ALLAH CƏZALARINI VERCƏK.Həəə.Samir Əliyev 5-ci dəfə baxacaqdı bu maşın işinə ona görə orda idi.
        
Hələ Muradın təhqiri ilə bağlı Xüsusi İddiham qaydasında Şikayət vermişdim.  Prokuror işindəki hakimə verilmişdi İşimiz.   Sədrin qəbuluna gəlib onun dəyişilməsini xahiş etdim. İLQAR Abbasov mənə dedi ki, gəl o İşə imtina yaz(mən bu qanunu bilnmirdim heç) mülki iddia kimi ver,Elşənə deyim baxsın, əvəz eləsin.Mən də ona inanıb getdim Süleyman Ağayevin otağına. O mənə qalın bir kitabı açıb cümlə-cümlə ərizəni yazdırdı. Amma sədr Elşən Kazımova demədi və Muradın İŞİNİ Elşən Kazımova vermədi də. Ziya Şirinova verdi və o hətta Elan eləyib Məsuməyə 500 manat, onu da mən Elanı gözləmədiyim üçün dəyişiblıər. Müsəlmanıq. Allah özü bilsin Yalan danışanla! Artıq Əlavə Kassasiya şikayəti vermişik bu işdən. Qaçılmaz bir qanunsuzluğa yol veriblər.əsəvvür edin.1-cə dənə şahid var. Mınim şikayətimdə də şahidlik edib 3 nəfər onlar cəzalanıblar, hələ mənəvi ziyan cəzası da alıblar. Hadisə eyni saatda olub.Eyni yerdə.Murad verib indi. Xeyir ola 2 nəfərdən biri cəzaklanır, digəri yox? BU qanunsuzluğun ən ali formasıdlr. Mən yuxu görüşəm... İnanıram Allahın divanında bu İŞƏ  kompleks baxılacağına. Zatən bizim hakimimiz də, vəkilimizdə, şahidimizdə Allahdır.    
      
Süleyman Ağayev İmtina yazdırılmış İşi rədd etdikdən sonra yenidən müraciət etdim.6 dəfə bizsiz İclas keçirdi. Son olaraq yenə qarşı tərəfin xeyrinə. Apellyasiya Şikayəti verdim. Əflatun Qasımov cavabdehi necəsə çağırdı və bizsiz işə baxıb saxtakarlıqla guya müddəti ötürmüşəm,əsası ilə işi Sabunçuya qaytardı. Bir qanunsuzluq! Xəbər tutdum, şikayət etdim.Eyni predmet üzrə təkrar baxamaq olmaz. Baxdı. Yenə müddət ötürmüşəm, geri qaytardı. Deməli eyni predmet üzrə iki baxış və 2 qərar. İkinci qanunsuzluq!  Halbu ki, mən əgər müddəti ötürsəydim rayon məhkəməsi göndərməzdi Apellyasiyaya. Ötürsəydim, bərpa edib yenidən göndərməzdi Əflatun Qasımova. Əflatun Qasımov İşdə ikinci cavabdehlə keçirdiyi 5 iclasda 1-cə dəfə də maraqlanmadı. Cinayət işində cavabdeh məcburi də gətirilir. Hakim isə heç onun varlığından xəbərdar olmaq istəmədi. Bu da hakimin 3-cü qanunsuz hərəkəti. Bundan başqa ona Etirazlar verdim, saymadılar. Çıxışımın lentə alınması  barədə vəsadət verdim.Yenə saymadılar. Birdən İşə baxılmalı məqamda hakim V.Məmmədov dedi ki, Etibarnamə təsdiq edilmədən verilib. Pardon 4 hakim 10 qərar qəbul edəndə Etibarnamədə problem yox idi, indi həlledici məqamda yaramır Etibarnamə?! Çıxıb gəldim və MHŞ-na şikayət yazdım. Təsiri oldu. Baxdı və yenə qanunsuz qərar qüvvədə saxlanıldı.

- Bu qədər ictimailəşib məsələ, Ədliyyə Nazirliyi, MHŞ xəbərdardır, yəni bir təsiri yoxdur?

- O qurumların heç bir təsiri yoxdur....İşlərin hamısı Çörək Zavodunun, onların arxa-dayaq olduqları M.Əliyevanın  xeyrinə olur.Beləcə Sabunçu məhkəməsində 23 İşə baxılıb. Bir neçəsi yuxarı məhkəmələrdə dəyişdirilib.M.Əliyevanın məhəkəməlrdə xüsusi çəkisi var. Hakimlər onunla məsləhətləşir, çox-çox ehtiyatla davranırlar. Hakimlərə əmr edir. Hələ son iki məhkəmədə məni hədələyib... İşlərDeyir hakimləri internetdə tənqid edirsən, gör sənin başına nə oyun gətirəcəklər.Hardan bilir onlar mənə nə edəcəklərini?Hardan bilir mənim tənqidlərimdən hakimlərin narazı qaldıqlarını?! Mənə pul borclu idi. İcraçılar  inzibati protkol vermişdilər barəsində.Məhkəmədə kimdə olsa iş yaxşıdır? Elanını dəyişdirmiş Z.Şirinov da... O da 1 günə baxıb cəzalandırmaqdansa 3 dəfə təxirə saldı ki cəza verməsin ona və bu gün  borcunu verdi.  Puldan gulab iyi gəlirdi. İcraçı özü mənə dedi... Bilirsiz nə gülabdı? Ərinin yas gülabı... Misal var: Gen qaz,uzun qaz, özünə qismət olacaq...

- Qorxursuz?

- O kimdir ki, ondan qorxum. Amma axı o tək deyil. Onun arxasında milyonlarla ölçülən zənginliyə malik Zavod dayanıb. Biz bir vəkillə müqavilə bağlaya bilmirik. Ona hər iclasa vəkil tutulur. O heç yerdə işləmir. 2 uşaq var öhdəsində. Əlbəttə vəkil tuta bilməz işsiz adam. Hər məhkəməni haqsız olduğu halda udması da heç təsadüfi deyil.
İcraçıların rəisi bu gün mənə hədə qorxu gəldi. Çünki nazirliyə şikayət eləmişdim. Bəli gələn həftənin birinci günü onun əsl həqiqətdə qanunsuzluğa əsaslanan hədə-qorxusu da daxil olaqla iş sistemlərindən müvafiq şikayətimi edəcəyəm.

- Yenə məhkəmə işləri var?

- Bəli! Ali məhkəmədə bir Kassasiya və bir Əlavə Kassiya şikayətimizə baxılacaq.Sabunçu məhkəməsində İddiaçı M.Əliyevanın dəfn xərcləri adı altında Ölü ilə alver məsələsinə baxılacaq. E.Kazımov 7-ci dəfə baxacaq eyni adaların işinə.Bu qanunsuzdur. Ekspertlər 2-ci dəfə rədd edib rəy verməkdən imtina edib məhkəməyə. Hələ mənəvi ziyan istəyir... Mənəvi ziyan o şəxsə verilir ki fiziki şəxsdir. Bu hüquqi şəxsdir. Ondan başqa mənəvi ziyan səhhətə  dəyən ziyanla müəyyən olunur. Bu qadın ərinin 40-ı çıxan kimi anoloqsuz hörmətsizlik ”“ ev təir edib, ölənin anasının-mülkiyyət sahubinin üzünə hasar çəkib küçəyə qapı amıb. Göründüyü kimi xəstəxanakarda üalicə almayıb.Əksinə ev təir edib əhvalı yüksəlib. Hələ küçəyə qapı açıb qeydiyyatda olmadığı evi mənimsəyib... Hələ ölənə qədər ada oğlunu adına keçrməmişdi, qadının öz soyadında idi uşaq. Kişi öləndən sonra uşağı onu adına keçirib.Axı bu ada nə mənəvi ziyan  çəkib ki məhkəmə ona kəssin. Üstəlik mən bu qadının  məni təhqirinə görə 100000 ”“yüz n anat istəmişdim eyni haki E.Kazımov 1000 manat kəsdi.Yəni 1 faiz.  Bu 20000 manat istəyir və həm də dediyim kimi özü ziyan çəkməyib. Fiziki şəxs ehtiyatsızlıqdan olan maddə ilə cəzasını da alıb. Nə mənəvi ziyan?.. Ancaq məhkəmə sədri minlərlə manat düşünür.mənə -murada kəsilmiş  1  faizi, 1.5 faizi heç nəzərə almadan. ÇƏKİCİNİ DƏ TAXTASINA  VURUR... 
     
Beləcə inam ölür məhkəməyə... Hamı kimi bizdə feodal dövrü adamları kimi məhkəmələrə Allaha pənah gedirik. Əslində Qanuna güvənib getməliyik...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO