“Dağılmayacaq deyilən ailə yoxdur, eyni zamanda qurtarılmayacaq ailə də yoxdur”x9d

“Dağılmayacaq deyilən ailə yoxdur, eyni zamanda qurtarılmayacaq ailə də yoxdur”x9d

Hazırda oxunan: “Dağılmayacaq deyilən ailə yoxdur, eyni zamanda qurtarılmayacaq ailə də yoxdur”x9d

118142
Evlilik yaşı getdikcə artır, gənclərin bir çoxu evlənmək istəmir, yaxud gec yaşlarda evlənməyi daha düzgün hesab edirlər. Evlənənlərin isə yola getməmə, boşanma problemi daha qabarıq olur. Bu üzdən də “qaynana-gəlin”x9d problemi bu gün əvvəlki illərdəki qədər aktual deyil. Amma yenə də “Ailə institutu”x9dnun ümumilikdə təhlükədə olduğunu demək mükündür. 

Müsahibimiz olan psixoloq, Neyro Linqvistik Proqramlaşdırma (NLP) Ustadı Babək Bayramovla da məhz evlənməmişdən öncə və sonra tərəflərin yaşadıqları probemlərlə bağlı söhbət apardıq.


- Xarici ölkələrdə ailə dağılmaq təhlükəsi ilə üzləşdikdə, tərəflərdən ən azı biri ailəni qorumaq üçün psixoloqa üz tutur. Bizdə bu ənənə varmı? 

- Azərbaycanda da əlbəttə bu ənənə var. Amma bu müraciətlər kütləvi halda deyil. Kütləvi olması üçün müəyyən stimullaşdırıcı tədbirlər görülməlidir. Əslində sevgini öldürən evlilik deyil, məhz insanlardı. Evlənmədən öncəki münasibətlər bir başqadı. Yəni insanlar olduqları kimi deyil,  necə lazımdısa o cür davranırlar. Amma evləndikdən sonra isə olduqları  kimi davranırlar. Çünki hər zaman xüsusi bir rol modelində qala bilmirlər. Daha fərqli, daha mədəni münasibətdə olur. Bir - birlərinə baxışları dəyişir. Evlənmədən öncə tərəflər daha nəzakətli, daha qayğıkeş davranırlar. Çünki ətraf mühit bunu tələb edir. Amma xarici təcrübələrdə göstərilir ki, evlilik öncəsi insanlar bir-birilə uzun müddət  münasibət içərisində ola bilər. Hətta Avropada özüm şəxsən qarşılaşmışdım ki, bir cütlük 15 illik münasibətdən sonra ailə həyatı qurmuşdular. Evliliyə kimi övladlarıda varıydı. Bu onların mentalitetidir. Təbii ki, bizə aid deyil. İnsanlar var ki, qarşı tərəfin davranışlarını normal qəbul edir, onunla kifayət qədər empotik ola bilir və onun davranışlarıyla özünün davranışlarının bir olmayacağını anlaya bilir. İnsanlar da var ki, evlilik zamanı bir - birinin qarşısına tələblər qoyurlar. Bu da sonda münaqişəyə gətirib çıxarır. 

- Bəzən qızlar seriallarda, filmlərdə görüb arzuladıqları sevgini real həyatda tapmırlar. Xarici vətəndaşla evlənməyi arzu etməyin psixoloji tərəfləri varmı? 

- Ümumiyyətlə, insanın başqa bir millətdən olan insanla evlənməsində problem yoxdu. Sadəcə problem yalnız onların dünyagörüşlərində, ağızlarında, musiqi zövqlərində və adət-ənənələrində ola bilər. Tutaq ki, bir avropalı xanımla azərbaycanlı bəyi və yaxud da  xarici bəylə evlənən azərbaycanlı qadını götürə bilərik. Avropada böyüyə olan münasibət bizimki kimi deyil. Və bizdə olan adət - ənənə də onlara öyrədilməyib. Ona görə orda olan əcnəbi həyat yoldaşı bizim mentalitetdən məlumatı olmadığı üçün özü necə öyrənirsə o cür davranmağa başlayır. Və o cür davranmağa başladığı halda yenə də ziddiyyətlər ortaya çıxır. Məsəl üçün, bir sıra Avropa ölkələrində qısa şalvar, yaxud şortiklə böyüklərin yanında gəzmə halları müşahidə olunduğu halda, bizim mentalitetdə bu hal keçərsizdir. Hətta hiddətlə reaksiya verilən zamanlar da olur. Seriallara gəldikdə isə bu mədəniyyətin və mentalitetin deformasiyasına səbəb olur. Yəni insanlar ekranda göstərildikləri kimi yeyirlər - içirlər və ordaki kimi davranırlar. Xəyal qırıqlığı nisbi anlayışdır. Bu təkcə xanımlarda deyil, kişilərdə də olur. Bu bir durumdur. İnsan nə üçün evləndiyini biləndə, sonra xəyal qırıqlığı da az olur. Seriallarda hamısı villalarda yaşayırlar, işləmirlər, səhərdən-axşama evin içindəki söz-söhbəti həll edirlər. Kişi arada komfort maşında işə gedib, bir-iki tapşırıq verib, gəlir. Bunu izləyən xanım reallıqda görür ki, əri gedib daş daşıyır. Əslində serialların bir nömrəli məqsədi ailə institutunu parçalamaqdır.

- Sosial şəbəkələrin ailələrə böyük zərbə vurduğu deyilir. Siz bu haqda nə deyə bilərsiz? 

- Sosial şəbəkələr ümumiyyətlə ailələrinin qurulmasını sürətləndirir. Eyni zamanda dağılmasını da sürətləndirir. Əslində sosial şəbəkələr ünisiyyətin ən son növüdür. Yəni bir zamanlar canlı ünsiyyət - telefon, teleqraf olduğu halda, indi isə daha çox ünsiyyət sosial şəbəkələr vasitəsilə aparılır. Bildiyimiz kimi internet sərhəd tanımır. Hər hansı bir rayonda olan bəy, başqa şəhərdə olan xanımla tanış ola bilər. Eyni zamanda hətta evlilik içərisində olan gənc bir ailə sosial şəbəkədədirsə bu zaman xəyanət daha da sürətlənir. Seçim azadlığı insanlara həm müsbət, həm də mənfi mənada təsir edir. Sosial şəbəkələr ailədaxili konfliktlərə çox böyük təsir göstərir. Bununla bağlı düşünürəm ki, ən böyük tədbir tərəflərin bir-birinə qarşı münasibətidir. Əgər tərəflər arasında münasibət sağlam olarsa, sosial şəbəkə təsir göstərə bilməz. Münasibət pis olarsa, sosial şəbəkə bunun daha da pisləşməsi üçün stimul ola bilər. 

- Uğurlu ailə üçün sevib evlənmək məsləhətlidir, yoxsa ağılla qurulan evlilik? 

- Adətən götürdükdə insanları bir-birinə çəkən duyğulardı. Ümumiyyətlə, mən deyərdim ki, dünyanı idarə edən duyğulardı. Biz nə qədər desək ki, məntiqlə hərəkət edirik, amma unutmaq olmaz ki, duyğularsız hərəkət  etmək mümkün deyil. O cümlədən də həyat yoldaşı seçimində duyğuların çox önəmli rolu var. Dağılmayacaq deyilən ailə yoxdur. Eyni zamanda da qurtarılmayacaq ailə də yoxdur. Sadəcə doğru zamanda doğru addımları atmaq lazımdır.

- Əvvəllər qurulan ailələrə valideyn müdaxiləsi olurdu. İndi isə bu müdaxilə azalıb. Bəlkə valideyn müdaxiləsinə ehtiyac var?

- Mən deyərdim ki, hal - hazırki duruma görə qurulan ailələrdə valideyn müdaxiləsi azalıbdır. Səbəbi isə dünyanın nizamının dəyişməsidir. İlk növbədə isə bu özünü texnologiyalarda göstərir. Ən əsası isə sosial şəbəkələrin çoxalması, eyni zamanda insanların sosiallaşmasının artmasını demək olar. Bu da gənclərin öz valideynləri kimi düşünüb - davranmasını istəməməsinə gətirib çıxarır. Əvvəllər bu qədər sosiallıq olmadığı və insanların düşüncə tərzi tamam başqa olduğu üçün belə məsələlər ortaya çıxmazdı. Ancaq valideynlərin tövsiyyələrini nəzərə almaq lazımdır. Hesab edirəm ki, evlilik elə bir məsələdir ki, insanlar burada özləri qərar verməlidirlər. Birbaşa insanın öz istəyi ilə olmalıdır. Əgər həm valideyinin istəyi, həm də şəxsin öz istəyi ilə üst - üstə düşərsə bu artıq ideal bir vəziyyətdir. Ən yaxşı hal budur. Belə hal olmadıqda isə insanın öz istəyi daha yaxşı olacaq. Əks təqdirdə insan həmişə düşünəcək ki,  “mən onu istəmirdim, məni evdən məcbur etdilər”x9d. Valideynlər də ömür boyu özlərini günahkar hesab edəcəklər.

Elşən Yəhyayev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO