“MTN-nin yerlərdəki şöbələrində keçirdiyi yoxlamalar formal və faydasız olub”x9d

“MTN-nin yerlərdəki şöbələrində keçirdiyi yoxlamalar formal və faydasız olub”x9d

Hazırda oxunan: “MTN-nin yerlərdəki şöbələrində keçirdiyi yoxlamalar formal və faydasız olub”x9d

110861

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev “MTN işi”x9d ilə bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə müsahibə verib. M.Hacıyev müsahibəsində bu gün və yaxın gələcəkdə görülməsi gərəkən işlərə diqqət çəkib:

 

-Mahmud bəy, bu gün bəzi təhlükəsizlik ekspertləri hesab edir ki, MTN-nin mərkəzi aparatı ilə yanaşı, yerlərdəki şöbələrində də müvafiq təftişlərin aparılmasına ehtiyac var. Bu qənaəti bölüşürsünüzmü?

 

-Son vaxtlar “MTN işi”x9d ilə bağlı danışıqlar əsnasında bütün diqqət bu qurumun mərkəzi aparatına yönəldilib. Söhbət daha çox baş idarə, nazirə, nazir müavinləri üzərində fokuslaşır. MTN-lə bağlı məlum vəziyyət özlüyündə belə bir sualı aktuallşdırır. Əgər MTN-nin mərkəzi idarəsi bu gündədirsə, onun rəhbərliyində təmsil olunan şəxslər bu illər ərzində bunca qanunsuzluğa yol veriblərsə, bəs o zaman bu qurumun yerlərdəki şöbələrində, xüsusilə də sərhəd rayonlarındakı stukturlarında vəziyyət necədir?

Əslində baş verən hadisələr maraqlı bir el məsəlini yada salır: “Balıq başdan iylənər”x9d. Əgər bu gün MTN-nin baş idarəsində vəziyyət bu gündədirsə, o zaman təbii ki, yerlərdə də vəziyyəin ürəkaçan olmadığı şübhəsizdir. Rayon yerlərində, xüsusilə də strateji önəm kəsb edən sərhəd rayonlarında vəziyyətin qənaətbəxş olmadığı birmənalıdır. Hesab edirəm ki, həm KİV-lər, həm keçmiş hüquq-mühafizə orqanı əməkdaşları, həm də əməliyyat-istintaq orqanlarında çalışanlar bu məsələyə ciddi önəm verməli, bu məsələni diqqət mərkəzinə saxlamalıdırlar. MTN rəhbərliyinə yenicə gətirilən şəxslər də bu fakroru unutmamalıdır.

Strateji əhəmiyyətli sərhəd rayonlarında MTN-nin yerli şöbəsi ilə yanaşı, Sərhəd Qoşunlrının, Dövlət Gömrük Xidmətinin də şöbələri var. Lakin mən tam məsuliyyətlə deyirəm ki, MTN-nin yerlərdəki şöbələrinin dövlət və dövlətçilik üçün əhəmiyyəti digər qoşun növü və xidmət şöbələrindən daha önəmli, daha vacibdir. Astara, Balakən, Qusar və Qazax rayonları sərhəd rayonlarıdır və bunların dördündə də MTN-nin şöbələri var. İndi araşdırmaq lazımdır ki, bu şöbələr milli təhlükəsizliyimizin təmini baxımndan üzərinə düşən işləri görübmü? Buna qadirdilərmi?

 

-Sizcə hansı rayonlarda MTN-nin fəaliyyəti xüsusilə yarıtmazdır?

 

-“MTN işi”x9d meydana çıxandan bir müddət sonra bildirildi ki, bu qurumun Astaradakı yerli şöbəsinin rəhbəliyinin fəaliyyətində  ciddi qüsurlar aşkarlandığı üçün, onu vəzifəsindən kənarlaşdırıblar. Burdan belə bir qənaətə gəlmək olar ki, Astarada vəziyyət o qədər də qənaətbəxş deyilmiş. Daha sonra bildirildi ki, digər rayonlara da diqqət yetiriləcək, onların da fəaliyyəti araşdırılacaq. Yaxşı olardı ki, digər sərhəd rayonlarındakı MTN şöbələrinin də son 10 ildəki fəaliyyəti araşdırılsın, onların bu müddət ərzində hansı işlər gördüyü təftiş olunsun.

Tam məsuliyyətlə deyirəm ki, son 10 ildə Qazax MTN-nin uzaq bir rayonun polis şöbəsindən də aşağı səviyyədə fəaliyyət göstərib. Onun fəaliyyəti sıfır səviyyəsində olub. İndi bir çoxları üçün belə bir sual meydana çıxa bilər ki, MTN yerlərdəki orqanlarının fəaliyyətini necə tənzimləyib? Yerlərdəki strukturların fəaliyyətinə necə və nə dərəcədə nəzarət olunub?

 

-Mahmud bəy, rayon şöbələrindəki qanun pozuntuları onu söyləməyə əsas verirmi ki, baş idarəsinin yerlərdəki strukturlara lazımi nəzarəti olmayıb?

 

-Hüquq-mühafizə orqanlarının mərkəzi aparatında ilin başlanğıcında yerli idarələri yoxlamaq üçün yoxlama planı tərtib edilir. Müəyyənləşdirir ki, il ərzində hansı rayonlara yoxlamalar gedəcək, necə yoxlanacaq və  s. Yəni kompleks bir plan tərtib edilir. Bu plana uyğun olaraq mərkəzi aparat il ərzində bir neçə dəfə yoxlama həyata keçirir. Maraqlıdır, görəsən sərhəd rayonlarndakı MTN şöbələrində bu cür yoxlamalar keçirilibmi?

Yoxlama o demək deyil ki, yoxlama aparılanda hökmən kimsə cəzalandırılmalıdır. Yoxlama nəticəsində  tövsiyyələr verilir, profilaktiki tədbir görülür və praktiki kömək edilir. Yəni yoxlamaların əsas məqsədi yerlərdə paraktiki kömək göstərməkdir. Bəs MTN strateji əhəmiyyətli yerlərdə yerli orqanlara belə bir praktiki kömək göstəribmi? Hansısa nöqsan araşdırılıb ortaya çıxarılıbmı?

Mənə elə gəlir ki, yerlərdə, xüsusilə də Qazaxda belə bir yoxlama olmayıb. Qazax şöbəsinin fəaliyyətində nazirliyin yoxlaması və ya praktiki köməyi özünü göstərmir.

Əvəllər Qazax MTN-də Azər adlı bir şəxs rəsi işləyirdi. Daha sonra bu vəzifəyə təcrübəsi olmayan, MTN işindən xəbərsiz olan, əvəllər inspektor vəzifəsində çalışan şəxs rəis təyin edildi. Səhv etmirəmsə, onun adı Elşən Babayev idi. Istər Azər, istərsə də E.Babayevin dönəmində Qazax MTN-i MTN-ə lazım olan işlərdən başqa qalan hər şeylə məşğul olub. “MTN işi”x9d meydana çıxmazdan bir qədər öncə isə başqa birisi Qazax MTN-ə rəis təyin edilib. Bu üç rəisin fəaliyyəti dönəmində Qazax MTN-nin işinin nədən ibarət olduğu bilinməyib. Onların işi dükan-bazar işləri ilə məşğul olmaq idi. Əgər onların əməliyyat təsərrüfatı, məxfi şəbəkəsi yoxlanılsa idi, inanmıram ki, orada MTN-ə yaxın əməliyyat işi aşkarlanardı. Yaxud məxfi şəbəkədən dövlətə lazım olan bir informasiya meydana çıxardı.

 

-Mahmud bəy, məxfi şəbəkə ilə iş məsələsində sizin müşahidə etdiyiniz, sizə bəlli olan çatışmazlıqlar konkret nə ilə bağlıdır?

 

-Bəzən səriştəsiz rəhbərlik məxfi şəbəkə ilə o qədər yarıtmaz iş qurur ki, bir də görürsən ki, çoxdan rəhmətə gedən agentin adından informasiya məlumatı yazırlar. Sonradan bəlli olur ki, həmin agent bir neçə il bundan öncə rəhmətə gedib. Məxfi şəbəkə və onun fəaliyyəti də çox zaman iflic vəziyyətində olur. Onlaırn inanılmış şəxslərdən ibarət informasiya kanalları da olmur. MTN-ə lazımlı səviyyədə informasiya yığımırlar. Bunların işi-gücü ancaq Sınıq körpünün kimin keçdiyi, kimin gəldiyi, kimin neçə dənə telefon gətirdiyi olub. Qazaxdakı MTN-nin məlumat kanalı sadəcə bir nəfərdən ibarət olub. Bu şəxs Qazax MTN-də sürücü işləyən Əhməd adlı şəxs olub. Hətta deyilənlərə görə indi onu böydüb vəzifəyə qoyublar. Qaxaz əhli danışır ki, Qazax MTN-nin yığdığı məlumat ancaq öz sürücülərindən olub. Sürücü yerli şəxs idi və MTN işçisi idi. Yəni maraqlı şəxs idi. O, sənə düzgün informasiya verməyə də bilər.

Gürcüstanda müəyyən əşyalar, müəyən məhsullar ucuz olduğu üçün ora yaxın rayonların bir hissəsi ora bazarlığa gedir. Müxtəlif məhsullar gətirir. Kimsə gələndə özünə bir telefon artıq gətiribsə, həmin sürücü vasitəsi ilə öyrənir və dərhal həmin şəxsi çağırıb onu sorğu-suala tuturdular. Guya qaçaqmalçılıqla məşğul olan böyük bir dəstə tutublar. Bunlar MTN-ə lazım olmayan işlərdir. Bu baxımdan hesab edirəm ki, sərhəd rayonlarındakı MTN şöbələrinin fəaliyyətinə nəzarət artırılmalıdır. Qazaxın özü strateji əhəmiyyətli bir rayondur. Bu rayonun həm Ermənistan, həm Gürcüstana qapısı var.

Çox güman ki, yoxlamalar zamanı yerli şöbələr öz konvertlərini Bakıya yollayırdı. Ya da burdan yoxlamaya gedən oturub bir çay içib, aldığını alıb geri qayıdıb və soruşanda da deyib ki, rayonda hər şey əla səviyyədədir.

 

-Mahmud bəy bu gün MTN-lə bağlı yaşanan problemlərdən biri də bu qurumda çalışan və məxfiliyi şərt olan şəxslərin demək olar ki, hər kəs tərfindən tanınması ilə bağlıdır. Bu mənzərə sizcə nədən irəli gəlir?

 

-Mən institutu yenicə bitirəndə Ədliyyə Nazirliyi sistemində çalışırdım. Təsəvvür edin ki, mən ədliyyə sistemində çalışan cavan bir hüquqşünas olsam da Qazaxın MTN işçilərini tanımırdım. Hətta ağsaqqallaran, tanışlarımdan soruşsam da, onlar da bu şəxsləri tanımadıqlarını bildirirdi. Sadəcə, hərdən görürdüm ki, kimsə rayondakı MTN şöbəsinə girir-çıxır.

Keçmişdə MTN belə işləyib. Indikilər isə Qazaxda özlərinə şadlıq evinə oxşayan üçmərtəbəli böyük bir bina tikdilər, ştatları artırdılar. Bunlarda əsas məqsədi keyfiyyət deyil, kəmiyyətdir. Bu gün Qazaxda məmə yeyəndən pəpə yeyənə qədər hamı MTN işçilərini tanıyır. Çünki istər pitixana, istər kababxana, istər çayxana ”“ hara gedirsən get ordadırlar. Onların iməşğuliyyəti obyekt açmaq, hansı mağazada nə mal sadıldığını öyrənmək və s-dir. Onların işi Gürcüstanda kimin daha çox bazarlıqla gəldiyini öyrənmək olub. Onlar MTN-ə yaraşmayan, onu nüfuzdan salan lazımsız işlərlə məşğul olublar. Bu cür fəaliyyətin doğurduğu mənzərə isə göz önündədir.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO